525.Az

"Vəzifəli şəxslərin gəlir deklarasiyası təqdim etmələri vacibdir"


 

"Vəzifəli şəxslərin gəlir deklarasiyası təqdim etmələri vacibdir"<b style="color:red"></b>

"1989-cu ildə Parisdə FATF (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) təsis edilən zaman çirkli pulların qlobal dövriyyəsi 50 milyard dollar qiymətləndirilirdisə indi bu rəqəm 1 trilyon dollaradək yüksəlib. Bu isə ondan xəbər verir ki, FATF vasitəsi ilə son illər qlobal qaydalar müəyyənləşdirilsə də belə çirkli pulların dövriyyəsində artım müşahidə olunub".

Bunu 525.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili qeyd edib ki,  “Hədəfli maliyyə sanksiyaları haqqında” 
qanun layihəsi ilə bağlı aktivlərin səhvən dondurulması zamanı kompensasiyanın ödənilməsi və eləcə də ölkədaxili siyahılar tərtib edilərkən meyarlar müəyyənləşdirilməlidir:

"Eyni zamanda vəzifəli şəxslərin gəlir deklarasiyası təqdim etmələri vacibdir və bu sahədə yeni qanunun qəbuluna ehtiyac olduğunu bildirdim. Azərbaycanda 17 il öncə gəlirlərin deklarasiyana dair qanun qəbul olunsa da amma reallıqda tətbiq olunmur. Bu baxımdan, Azərbaycanda gəlirlərin deklarasiyası ilə yeni qanunun qəbuluna ehtiyac var. Bütövlükdə şəffaflığın artırılması üçün xüsusilə vəzifəli şəxslərin gəlirlərinin deklarasiyası haqqında yeni qanun layihəsinin hazırlanması lazımdır".

Sevinc Qarayeva 

 





11.12.2022    çap et  çap et