525.Az

Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib


 

Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib<b style="color:red"></b>


Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

525.az-ın xəbərinə görə, dövlət başçısı Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səslənib.

Prezident görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri düzüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

 





12.12.2022    çap et  çap et