525.Az

Hulusi Akardan Yunanıstana sərt ismarıc


 

Hulusi Akardan Yunanıstana sərt ismarıc<b style="color:red"></b>

Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar Yunanıstanın əsassız və qanunsuz tələb və iddiaları və təcavüzkar ritorika ilə gərginliyi artırmağa davam etdiyini deyib.

525.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hulusi Akarın sədrliyi ilə Türk Silahlı Qüvvələrinin komandanlığı və birlik komandirlərinin iştirakı ilə videokonfrans keçirilib.

Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı general Musa Avsever, Dəniz Qüvvələri komandanı Admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülan, nazir müavinləri Yunus Emre Karaosmanoğlu və Şuay Alpay və birlik komandirlərinin qatıldığı toplantıda son vəziyyətlə bağlı məlumat və tapşırıqlar verilib.

Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin sərhədlərin təhlükəsizliyini təmin etdiyini, başda PKK/PYD-YPG, DEAŞ və FETÖ olmaqla ölkə daxilində və hüdudlarından kənarda bütün terror təşkilatlarına qarşı mübarizə apardığını bildirib.

Hulusi Akar Yunanıstanın Türkiyəyə qarşı təxribatları haqda da danışıb.

Egey və Şərqi Aralıq dənizində baş verən son hadisələrə toxunan Akar: "Yunanıstan təxribat xarakterli hərəkətləri və aqressiv ritorika ilə gərginliyi artırmaq üçün hər cəhdi edir", - deyə Akar bildirib. 

"Bizim gözləntimiz ondan ibarətdir ki, bəzi yunan siyasətçiləri və hərbi xadimləri daxili siyasi məqsədləri üçün öz barışmaz və təxribatçı mövqelərindən dərhal əl çəksinlər, problemlərin dialoq yolu ilə həllinə diqqət yetirsinlər və tarixdən dərs alsınlar. Sabahın daha yaxşı olmasını istəyənlər, dünənin və bu günün səhvlərindən dönməlidirlər", - Hulusi Akar Yunanıstanla bağlı çıxışında deyib.

Fərid Sançar

 





12.12.2022    çap et  çap et