525.Az

Yapon kosmik gəmisi Aya göndərilib


 

Yapon kosmik gəmisi Aya göndərilib<b style="color:red"></b>

Yaponiyanın "ispace" şirkəti tərəfindən istehsal edilən kosmik gəmi ABŞ-ın "SpaceX" raketi ilə Aya göndərilib.

525.az xəbər verir ki, paytaxt Tokioda yerləşən özəl şirkət "Hakuto-R" kəşfiyyat proqramı çərçivəsində hazırlanmış orijinal kosmik gəmisini Aya göndərib. Ekipajsız kosmik gəmi, ABŞ-ın Kanaveral burnunda bazasından buraxıldıqdan 47 dəqiqə sonra "SpaceX"in "Falcon 9" raketini tərk edib. Kosmik gəminin Aya 2023-cü ilin aprel ayının sonuna çatacağı gözlənilir. Əgər bu uğurlu olarsa, özəl istehsal olan kosmik gəmi ilk dəfə Ayın səthinə enəcək.

Qeyd edək ki, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) da daxil olmaqla müxtəlif qurumların kiçik robotlarını daşıyacaq kosmik gəmi səth tədqiqatları aparacaq.

Məhəmməd Tağıyev

 





12.12.2022    çap et  çap et