İranın İsfahan Texniki Universitetində qaz sızması nəticəsində baş verən partlayışda bir nəfər ölüb.
525.az xəbər verir ki, İran dövlət televiziyasına danışan İsfahan Texniki Universitetinin Kimya fakültəsinin dekanı prof. Əli Ənsafi dünən baş verən hadisə ilə bağlı məlumat verib.
"Dünən axşam saatlarında Kimya fakültəsinin laboratoriyasında partlayış baş verib. Hadisədə laboratoriyanın mühafizəçisi Hüseyn Muradi həyatını itirib", - Ənsafi deyib.
Qeyd edək ki, İran rəsmisi ətraflı məlumat vermədən partlayışın laboratoriyada istifadə olunan qazın sızması nəticəsində baş verdiyini bildirib.
Malik Atilay
çap et