Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkəsinin Avropa, ABŞ və Avstraliyadakı düşmənlərindən qorunmaq üçün yeni nəsil silahların istehsalını sürətləndirdiyini açıqlayıb.
525.az xəbər verir ki, Telegram hesabından açıqlama verən Medvedev ən güclü məhvetmə vasitələrinin istehsalını artırdıqlarını bildirib.
Bunun düşmənlərdən qorunmaq üçün edildiyini bildirən Medvedev silahların nə olduğu barədə təfərrüatları paylaşmayıb. Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl də dəfələrlə bildirib ki, ölkəsi yeni silahlar, o cümlədən hipersəs silahları inkişaf etdirir.
Qeyd edək ki, Dmitri Medvedev bundan əvvəl Rusiyada dövlət başçısı və baş nazir vəzifələrində çalışıb.
Malik Atilay
çap et