525.Az

"Strep A" infeksiyasının əlamətləri və təhlükələri - ARAŞDIRMA


 

"Strep A" infeksiyasının əlamətləri və təhlükələri - <b style="color:red">ARAŞDIRMA</b>

İngiltərədə "Strep A" bakteriyasından daha iki uşağın həyatını itirməsi ölkədə çaxnaşmaya səbəb olub. Bu hadisədən sonra mütəxəssislərdən bir sıra xəbərdarlıqlar gəlib. "Strep A"nın əlamətləri hansılardır və bu bakteriyalar hansı xəstəliklərə səbəb olur?

525.az-ın Britaniya səhiyyə rəsmilərinin açıqlamalarına əsasən verdiyi məlumata görə, səhiyyə mütəxəssisləri yaxın həftələrdə yoluxmaların artacağını gözləyirlər. Onlar bildiriblər ki, infeksiyaya yoluxmuş ailələr diqqətli olmalıdırlar.

"Strep A" nədir?

"Strep A" boğazda və dəridə görünə bilən bir bakteriyadır.

Bir çox insan fərqinə varmadan bakteriyaları zərərsiz şəkildə daşıya bilər. Ancaq bu, onun xəstə ola biləcək digər insanlara yoluxmasına mane olmur.

"Strep A" necə yayılır?

İnsanlar bu bakteriyaya yaxın təmas, öskürək və asqırma yolu ilə yoluxa bilərlər.

"Strep A"nın əlamətləri nələrdir?

"Strep A" bakteriyalarının səbəb olduğu infeksiya boğaz ağrısı və dəri infeksiyası əlamətləri ilə adətən yüngül keçir. Antibiotiklərlə də asanlıqla müalicə edilə bilər.

Xəstəliyin 38 dərəcədən yuxarı yüksək hərarət və şiddətli əzələ ağrıları kimi simptomları var.

Lakin "Strep A" bakteriyası daha ciddi xəstəliklərə də səbəb ola bilər.

Bunlardan biri də daha çox uşaqlarda rast gəlinən "qırmızı" xəstəlikdir (scarlet). Həmçinin bu xəstəlik üçün antibiotiklər lazımdır.

"Strep A" təhlükəli bir infeksiyadırmı?

Nadir olsa da, "Strep A" iGAS kimi tanınan A qrupu streptokok infeksiyasına səbəb ola bilər. Bunun ölümcül nəticəsi olur.

Bu xəstəlik bakteriyaların immunitet sisteminə keçdiyi zaman yaşanır. Əgər siz artıq xəstəsinizsə və ya xərçəng kimi xəstəliklər üçün müalicə altındasınızsa, bu, immunitet sisteminizə təsir edə bilər.

"Strep A"nın peyvəndi yoxdur. Hələki bu xəstəlik antibiotiklərlə müalicə olunur.

Sevil Seymur

 





12.12.2022    çap et  çap et