Rusiya döyüş təyyarəsi Norveç döyüş təyyarəsini Barents dənizində müşayiət edib.
525.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Norveç Hərbi Hava Qüvvələrinə məxsus "P-3C Orion" təyyarəsi Barents dənizi üzərində uçuş həyata keçirib.
Sözügedən təyyarənin Rusiya sərhədlərinə yaxınlaşdığı və bu səbəbdən Rusiyanın “Miq-31” tipli döyüş təyyarəsinin havaya qalxdığı qeyd edilən açıqlamada: “Rusiya təyyarəsi Norveç təyyarəsini Barents dənizi sularında müşayiət edib”, - ifadəsinə yer verilib.
Rusiyanın dövlət sərhədinin pozulmasına icazə verilmədiyi vurğulanan açıqlamaya görə, Rusiya təyyarəsi hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara uyğun uçub.
Malik Atilay
çap et