|
|
|
|
İsrail 1965-ci ildə Suriyada tutularaq edam edilən Mossad agenti Eli Koenin son mesajını paylaşaraq necə ələ keçirildiyini açıqlayıb.
525.az xəbər verir ki, hökumətin media bürosundan edilən yazılı açıqlamada, Koenin 19 fevral 1965-ci il tarixli teleqramına əsasən İsrail səlahiyyətliləri və İsrail Xarici Kəşfiyyat Xidmətinin (Mossad) rəhbəri David Barneanın hadisə ilə bağlı qiymətləndirməsi paylaşılıb.
Koen son teleqramında İsrail hakimiyyətinə məlumat verib ki, “öncəki axşam Baş Qərargahda Suriya prezidenti Əmin əl-Hafiz də daxil olmaqla yüksək rütbəli zabitlərin iclasında iştirak edib”.
Barnea: "Koen mesajların çox olması və ya mərkəzə daim məlumat göndərmək istədiyi üçün deyil, düşmənin onların mesajlarını ələ keçirməsi nəticəsində tutuldu", - deyib.
Koenin Suriyadakı dövrü ilə bağlı məlumat paylaşmağa davam edəcəklərini qeyd edən Barnea, Suriyada edam edilən Koenin qalıqlarının İsrailə gətirilərək dəfn edilməsi üçün çalışacaqlarını bildirib.
Malik Atilay