525.Az

Bu il Rusiyada 64 terror aktının qarşısı alınıb


 

Bu il Rusiyada 64 terror aktının qarşısı alınıb<b style="color:red"></b>

İlin əvvəlindən Rusiyada 123 terror cinayətinin, habelə 64 terror aktının qarşısı alınıb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Milli Antiterror Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, Rusiya Federasiyasında il ərzində terror təzahürlərinin sayı artıb. Terror təzahürlərinin artmasının, o cümlədən Ukrayna xüsusi xidmət orqanlarının təxribat fəaliyyəti ilə əlaqəli olduğu vurğulanıb.

 





13.12.2022    çap et  çap et