525.Az

Maliyyə naziri ali məktəbləri tənqid etdi


 

Maliyyə naziri ali məktəbləri tənqid etdi<b style="color:red"></b> “Büdcədən maliyyələşən ali təhsil müəssisələri qarşısında yeni vəzifələr qoyulub və səlahiyyətlər artdıqca onların məsuliyyəti daha da artıb”.

Lent.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib. O qeyd edib ki, ali təhsil müəssisələrinin rəhbərliyinin sərəncamında böyük vəsaitlər mövcuddur və bunlar əvvəllər olduğu kimi Dövlət Xəzinədarlığı tərəfindən nəzarət yoxdur. Nazir qeyd edib ki, beləliklə bu nəzarət məhz ali təhsil müəssisələri tərəfindən həyata keçirilməlidir:
 
“Burada da həm Təhsil Nazirliyi, həm də Maliyyə Nazirliyi tərəfindən metodoloji, mənəvi, kadr dəstəyinə ehtiyac duyulur. Hesab edirik ki, bir çox ali təhsil müəssisələrində mühasibatlıqla məşğul olan şəxslərin kifayət qədər hazırlığı yoxdur. Yeni sistemdə onlar özlərini o qədər də yaxşı hiss etmirlər. Maliyyə Nazirliyi tərəfindən bu mütəxəssislər üçün yenidənhazırlama kursları təşkil etməliyik. Maliyyə Nazirliyində mühasibatlıq üzrə xüsusi mərkəz fəaliyyət göstərir. Bu sahədə çalışanlar yenidənhazırlanmadan sonra xüsusi imtahan verib, attestat aldıqdan sonra fəaliyyətlə məşğul olmalıdır. Çünki söhbət böyük vəsaitlərin idarə olunmasından söhbət gedir. Təkcə baş mühasib vəzifəsi məsələsi deyil, eyni zamanda maliyyə məsələləri üzrə yüksək vəzifəli inzibati işçi olmalıdır. Prorektor səviyyəsində buna ehtiyac duyulur. Söhbət xərclərdən getmir, eyni zamanda artıq daha çox gəlirlərin əldə edilməsindən gedir.”
 





27.06.2014    çap et  çap et