525.Az

G7 ölkələri Ukraynaya dəstək vədlərini təkrarlayıb


 

G7 ölkələri Ukraynaya dəstək vədlərini təkrarlayıb<b style="color:red"></b>

ABŞ, Kanada, Almaniya, İngiltərə, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələri yaydıqları birgə bəyanatla Ukraynaya dəstək vədlərini təsdiqləyiblər.

525.az xəbər verir ki, Almaniyanın müddətli prezidenti olduğu G7 ölkələrinin liderlərinin təşkil etdiyi onlayn görüşdə qəbul edilən birgə bəyanatda: "Biz Ukraynaya sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik və Rusiyanın davam edən müharibəsi qarşısında Ukrayna ilə həmrəy olduğumuzu bildiririk", - ifadələrinə yer verilib.

Bəyanatda Rusiyanın Ukraynadakı kritik infrastrukturlara qeyri-insani və qəddar hücumları pislənərək, Rusiyanın mülki şəxslərə qarşı hərəkətlərinin müharibə cinayəti olduğu xatırladılıb.

Məhəmməd Tağıyev

 





13.12.2022    çap et  çap et