ABŞ federal hökumətinin büdcə kəsiri noyabrda keçən ilin eyni ayı ilə müqayisədə təxminən 30 faiz artaraq 249 milyard dollara çatıb.
525.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi noyabr ayı üçün büdcə balansı hesabatını açıqlayıb. Hesabata görə, 1 oktyabr 2022-ci ildə başlayan və 30 sentyabr 2023-cü ildə sona çatacaq 2023 maliyyə ilinin noyabr ayında federal hökumətin büdcə kəsiri 249 milyard dollar olaraq hesablanıb.
Federal hökumət keçən ilin eyni ayında 191 milyard dollarlıq büdcə kəsiri ilə üzləşib. Belə ki, noyabrda büdcə kəsiri əvvəlki ilin eyni ayı ilə müqayisədə təxminən 30 faiz artıb. Bu dövrdə büdcə tarazlığı ilə bağlı bazar gözləntisi noyabr ayında büdcənin 248 milyard dollar kəsir verəcəyi idi.
Məhəmməd Tağıyev
çap et