525.Az

Avropa İttifaqından İrana yeni sanksiyalar


 

Avropa İttifaqından İrana yeni sanksiyalar<b style="color:red"></b>

Avropa İttifaqı, İrana qarşı sanksiyalar çərçivəsində ümumilikdə iki siyahıya 24 şəxs və 5 təşkilatı əlavə edib.

525.az xəbər verir ki, Xarici İşlər Nazirləri Toplantısından sonra Aİ İrana qarşı yeni sanksiyalar paketini açıqlayıb. Avropa Şurasından verilən yazılı açıqlamaya görə, Məhsa Əmininin ölümündən sonra ölkəni bürüyən etirazlara müdaxilələrə görə 20 nəfər və 1 təşkilat sanksiya siyahısına əlavə edilib.

20 nəfər arasında, İran ordusunun baş komandanı Əbdürrəhim Musəvi və onun əyalət komandirləri, daxili işlər nazirinin müavini Məcid Mirəhmədi, İran Radio və Televiziya Korporasiyasının (İRİB) direktoru Peyman Cebelli və onun müavini Muhsin Burmahani və bəzi müxbirlər var.

Qeyd edək ki, Aİ oktyabrın 17-də 11 İran vətəndaşı və 4 təşkilata, noyabrın 14-də isə 29 şəxs və 3 təşkilata sanksiya tətbiq etmək qərarına gəlmişdi.

Məhəmməd Tağıyev

 





13.12.2022    çap et  çap et