525.Az

Çin Cənubi Koreyanı əməkdaşlığa çağırıb


 

Çin Cənubi Koreyanı əməkdaşlığa çağırıb<b style="color:red"></b>

Çin ABŞ-ın çip ixracına nəzarət etmək cəhdinə qarşı Cənubi Koreyanı birgə hərəkət etməyə çağırıb.

525.az xəbər verir ki, Çinin xarici işlər naziri Vanq Yi cənubi koreyalı həmkarı Park Jin ilə görüşündə çip ixracına nəzarət etmək üçün ABŞ-ın tənzimləməsinə birgə etiraz etməyə çağırıb.

Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, nazir Vanq cənubi koreyalı həmkarı Park Jin ilə onlayn görüşdə Pekinin sənaye və təchizat zəncirlərinin təhlükəsizliyini təmin etmək və beynəlxalq azad ticarəti qorumaq üçün Koreya ilə birlikdə işləməyə hazır olduğunu vurğulayıb.

Vaşinqtonun son dönəmlərdə öz maraqları üçün Çip və Elm qanunu, ixrac nəzarət tənzimləmələrinin Çin və Cənubi Koreyanın çip sənayesindəki maraqlarına zərər verdiyini müdafiə edən Vang: "Bütün ölkələr bu köhnəlmiş anti-qloballaşma zehniyyətinə qarşı çıxmalı və birtərəfli zorakılığa qarşı müqavimət göstərməli, çoxtərəfliliyi qoruyub saxlamalıdır”, - deyib.

ABŞ avqust ayında təsdiqlənən Çip və Elm qanunu ilə ölkədə yarımkeçirici istehsalını yaxşılaşdıracağını, ölkədə istehsal müəssisələri quracaq şirkətlərə maliyyə dəstəyi və vergi endirimləri edəcəyini açıqlamışdı.

Qeyd edək ki, Cənubi Koreya ABŞ-ın çip sənayesində Çinə qoyulan məhdudiyyətlərdən ən çox zərər görə biləcək ölkələrdən biridir.

Qlobal çip satışında 21 faiz, çip istehsalında isə 17 faiz payla bazarın ən əhəmiyyətli ölkələrindən biri olan Cənubi Koreya, 2021-ci ildə istehsal etdiyi yaddaş çiplərinin təxminən 60 faizini Çin və Honq Konqa ixrac edib.

ABŞ-da da investisiyaları olan Cənubi Koreya şirkətləri Çip və Elm qanununana uyğun olaraq güzəştlərdən yararlanmağı seçsələr, qanunla nəzərdə tutulan məhdudlaşdırıcı şərtə uyğun olaraq, onlar Çində istehsal sahələrini inkişaf etdirə bilməyəcəklər.

Qeyd edək ki, Cənubi Koreyanın ən böyük istehsalçıları "Samsung" və "SK Hynix" öz istehsallarının böyük hissəsini Çində həyata keçirirlər. "Samsung"un Çinin Sian şəhərində yaddaş çipləri istehsal edən fabriki və "SK Hynix"in "Wushi" şirkətinin də, Chongqing və Dalian şəhərlərində istehsal müəssisələri var.

Fərid Sançar

 





13.12.2022    çap et  çap et