525.Az

“Erməni separatçılar və onlara havadarlıq edənlərin qarşısında Azərbaycan xalqı var”


 

“Erməni separatçılar və onlara havadarlıq edənlərin qarşısında Azərbaycan xalqı var”<b style="color:red"></b>

“Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarlarla bağlı aksiya keçirilir. Ekoloji fəallar ölkəmizin təbii ehtiyatların qanunsuz istismarının və talan edilməsinin fəallaşması, o cümlədən ekoloji nəticələrin pisləşməsi müşahidə edilən Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxmayınca oradan getmək fikrində deyillər. Hazırda Şuşa yolunda davam edən aksiya bir daha sübut etdi ki, xalq milli məsələlərdə bir yumruq kimi birləşməyi hər zaman bacarır”.

Bunu 525.az-a millət vəkili Hucran Hüseynova deyib. Onun dediyinə görə, QHT sektoru ilə media sektoru hazırda Qarabağda milli maraqlarımızı müdafiə edir, bununla yanaşı, Azərbaycanın haqq səsini dünyaya çatdırır:

“Vətəndaş cəmiyyəti milli və dövlət maraqları məsələsində birləşməyi də, mübarizə aparmağı da bacarır.
Belə bir vətən sevgisi, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə düşmən qarşısında da əlavə güc verir və imkan vermir ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Azərbaycan xalqı yumruq kimi birləşib. Erməni separatçılar və onlara havadarlıq edənlərin qarşısında Azərbaycan xalqı var”.

Sevinc Qarayeva 
 

 





14.12.2022    çap et  çap et