İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu "vəzifəsindən sui-istifadə etməklə dövlət məmurlarını açıq-aşkar təhqir etmək" ittihamı ilə 2 il 7 ay 15 gün həbs cəzası alıb.
525.az xəbər verir ki, işə Anadolu 7-ci Ağır Cəza Məhkəməsində baxılıb. İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu Ali Seçki Şurası (YSK) üzvlərini təhqir etməkdə ittiham olunub. Məhkəmənin qərarına əsasən o, 2 il 7 ay 15 gün həbs cəzasına məhkum edilib.
Həmçinin İmamoğluna qarşı Türkiyə Cəza Məcəlləsinin “siyasi qadağa”nı ehtiva edən 53-cü maddəsinin tətbiqinə qərar verilib.
Qeyd edək ki, Əkrəm İmamoğlu 4 noyabr 2019-cu ildə verdiyi açıqlamada YSK üzvlərini təhqir etdiyi üçün mühakimə olunub. Bələdiyyə sədrinin qərardan şikayət etmək hüququ var. Qərar yuxarı instansiya məhkəmələrinin təsdiqindən sonra qüvvəyə minəcək.
Malik Atilay
çap et