525.Az

Avstraliyada Alzheimer müalicəsinin klinik sınaqları başlayıb


 

Avstraliyada Alzheimer müalicəsinin klinik sınaqları başlayıb<b style="color:red"></b>

Avstraliyanın Kvinslend Universitetinin Beyin İnstitutunda Alzheimer xəstələrinin müalicəsində istifadə üçün yeni texnologiya hazırlanıb.

525.az xəbər verir ki, universitetin saytında yer alan məlumata görə, Beyin İnstitutunda aparılan araşdırma ilə Alzheimer xəstələrinin müalicəsində yeni texnologiya istifadə edilməyə başlanıb. Klinik sınaqlarına başlanılan araşdırma üçün institutda hazırlanmış "UltraThera" adlı yeni ultrasəs cihazının sınaqdan keçirildiyi bildirilib.

Tədqiqat qrupu, cihazla neyromodulyasiya effekti əldə edərək, Alzheimer xəstələrinin beynindəki sinir fəaliyyətini və ümumi beyin funksiyasını dəyişməyi hədəfləyib.

Qeyd edək ki, bu prosedurun Alzheimer xəstəliyinin bəzi əlamətlərini yaxşılaşdıracağı gözlənilir.

Məhəmməd Tağıyev

 





15.12.2022    çap et  çap et