525.Az

Ölkədə hava nəqliyyatı ilə sərnişin daşımaları iki dəfə artıb


 

Ölkədə hava nəqliyyatı ilə sərnişin daşımaları iki dəfə artıb<b style="color:red"></b>

Azərbaycanda bu ilin yanvar-noyabr aylarında hava nəqliyyatı ilə 2 071,8 min və ya 2,1 dəfə çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən 525.az-a verilən məlumata görə, daşımaların 99,7%-i dövlət, 0,3%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

“Bu nəqliyyat növü ilə yükdaşıma 20,2% azalaraq, 376 min ton olub”, - məlumatda qeyd olunur.

 





15.12.2022    çap et  çap et