525.Az

Azərbaycan-Koreya hərbi əməkdaşlığı müzakirə edilib - Foto


 

Azərbaycan-Koreya hərbi əməkdaşlığı müzakirə edilib - <b style="color:red">Foto</b>


Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Koreya Respublikasının Milli Assambleyasının üzvü Lii Hunseunqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, qonaqları salamlayan nazir Koreya ilə hərbi əməkdaşlıq çərçivəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirdiyini qeyd edib.

General-polkovnik Z.Həsənov erməni hərbi birləşmələri tərəfindən hər hansı hərbi zərurətin olmadığı halda insan tələfatı məqsədilə Kəlbəcər rayonunun Çıraq kəndində basdırdığı mina partlayışı nəticəsində bir hərbi qulluqçumuzun şəhid olması və 4-ü mülki vətəndaş olmaqla 7 nəfərin xəsarət alması ilə bağlı koreyalı nümayəndə heyətini məlumatlandırıb.

Görüşdə həmçinin hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

 





15.12.2022    çap et  çap et