525.Az

Viktoriya Bekhemin məşhur pəhrizi


 

Viktoriya Bekhemin məşhur pəhrizi<b style="color:red"></b>

İngiltərəli müğənni və aktrisa Viktoriya Bekhem hər zaman ideal bədən quruluşu ilə diqqət çəkib.

525.az Axşam.az-a istinadən dörd uşaq anası olan ulduzun özəl pəhrizini təqdim edir.

Pəhrizin üçünü də eyni vaxtda etmək olmaz. Hər dəfə birini seçmək tövsiyə olunur.

1. Radikal pəhriz
Viktoriya ən çox balıq pəhrizinə üstünlük verir. O, bu üsulla daha çox arıqladığını iddia edib. Bunun üçün səhərlər giləmeyvə yeyin.
Nahar zamanı parda və ya tavada yağsız bişmiş balıq yeməlisiniz.
Şam yeməyindən isə tamamilə imtina edilməlidir. Gün ərzində giləmeyvə və yağsız lobya yemək olar. Su çox içməlisiniz.

2. Ehtiyatlı pəhriz
Səhər: bir ədəd yağsız pendirdən hazırlanan tost və şəkərsiz çay.

İkinci səhər yeməyi: portağal, ananas, armud, alma və kividən hazırlanan meyvə salatı. Salata banan və üzüm əlavə etmək qadağandır.

Nahar: suda bişmiş toyuq əti və yağsız tərəvəz.

Şam: qızardılmış tərəvəzlər, yaxud yaşıl çay. Bir az pendir əlavə etmək mümkündür. Pəhriz zamanı üç gün ancaq su için. Üç gündən sonra bir stəkan təzə meyvə şirəsi içmək lazımdır.

3. Sağlam pəhriz
Yeyəcəyiniz bütün tərəvəzləri və ərzaqları buxarda bişirin. Onlara yağ tökməyin. Pəhriz zamanı dəniz məhsulları yemək xeyirlidir. Əgər yağ istifadə etsəniz, bu, mütləq bitki yağı olmalıdır. Çay və qəhvə içərkən şəkər tozundan istifadə etməyin.

 





15.12.2022    çap et  çap et