525.Az

Maliki: "İŞİD-i məhv etmək üçün təyyarələr aldıq”


 

Maliki: "İŞİD-i məhv etmək üçün təyyarələr aldıq”<b style="color:red"></b> İraqın baş naziri Nuri əl-Maliki İŞİD-lə mübarizədən danışıb.

Lent.az-ın dünya mediasına istinadən verdiyi xəbərə görə, İŞİD-i məhv etmək üçün Rusiya və Belorusdan reaktiv təyyarələr alındığını qeyd edən Maliki havadan zərbələrlə terrorçuların asanlıqla məhv edilə biləcəyini bildirib: “Rusiya və Belorusdan aldığımız reaktiv təyyarələr təxminən, 2-3 gün ərzində İraqa gələcək. Və bundan sonra terrorçular məhv ediləcək”.
 
Bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin Maliki ilə telefon danışığında İŞİD-ə qarşı mübarizədə onlara dəstəyini ifadə etmişdi.
 
Rusiya ABŞ-dan sonra İraqa silah satan ikinci ölkədir.
 





27.06.2014    çap et  çap et