525.Az

BDU Jurnalistika fakültəsi tələbələrinin praktik yaradıcılıq nümunələrinin təqdimatı keçirilib


 

BDU Jurnalistika fakültəsi tələbələrinin praktik yaradıcılıq nümunələrinin təqdimatı keçirilib<b style="color:red"></b>

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin ikinci kursundə tədris olunan "Analitik jurnalistika" fənn çərçivəsində yarımillik hesabat keçirilib.

525.az xəbər verir ki, tədbirdə fakültə dekanı prof. Vüqar Zifəroğlu, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri dos. Xatirə Hüseynova, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri dos. Aynur Nəsirova, Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi prof. Qulu Məhərrəmli, "Bütöv Azərbaycan" qəzetinin təsisçisi Tamxil Ziyəddinoğlu, "Şərq" qəzetinin redaktoru Ayyət Əhməd, fənn müəllimi Kənan Novruzov və ikinci kursda təhsil alan bir qrup tələbə iştirak edib. 

Tədbir çərçivəsində tələblərin semestr ərzində müxtəlif KİV-də, o cümlədən "525-ci qəzet", "Şərq", "Bütöv Azərbaycan" qəzetlərində dərc olunan yazılarının təqdimatı keçirilib.

Xatirə Hüseynova tədbiri giriş sözü ilə açıb. O, Jurnalistika fakültəsində təhsil alan tələbələr üçün nəzəriyyə və təcrübənin vəhdətinin vacibliyindən danışıb. Kafedra müdiri bildirib ki, tələbələrin indidən praktik bilik və bacarıqlara yiyələnməsi çox vacibdir. 

Dekan Vüqar Zifəroğlu fakültədəki ənənələri xatırladıb. Çıxışçı söyləyib ki, tələbələrin erkən vaxtlardan praktikika ilə məşğul olmaları onlar üçün üstünlükdür. O, tələbə-jurnalistlərə praktika ilə mümkün qədər çox məşğul olmalarına dair tövsiyə verib. 

Professor Qulu Məhərrəmlinin sözlərinə görə bu cür təşəbbüslər tələbələrin peşəkarlaşmasında mühüm rol oynayır. O, tələbə-jurnalistləri növbəti kurslarda da praktik yaradıcılıqla məşğul olmağa çağırıb.

Sonra qonaqlar Tamxil Ziyəddinoğlu ilə Ayyət Əhməd jurnalistikanın müasir inkişaf meyillərindən söz açıblar. Onlar bundan sonra da tələbələrə dəstək olmağa, jurnalistika fakültəsi ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.

Müəllim Kənan Novruzov yaradılan şəraitə görə fakültə rəhbərliyinə minnətdarlığını bildirib. O, göstərilən etimadı bundan sonra da doğrultmağa çalışacağını vurğulayıb. Kənan Novruzovun fikrincə, tələbələrin praktik fəaliyyətlə məşğul olmaları onların gələcəkdə iş tapmalarına, nəzəriyyədə öyrəndiklərini daha yaxşı mənimsəməyə, həmçinin ictimai fiqurları tanımalarına kömək olur.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb və xatirə şəkli çəkilib.

 





15.12.2022    çap et  çap et