525.Az

Zavodda baş verən yanğında 2 nəfər ölüb


 

Zavodda baş verən yanğında 2 nəfər ölüb<b style="color:red"></b>

Rusiyanın Anqarsk şəhərində neft emalı zavodunda baş verən yanğında 2 nəfərin öldüyü bildirilib.

525.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, İrkutsk vilayətinin Anqarsk şəhərində neft emalı zavodunda yanğın baş verib. Yanğın 2 min kvadratmetrdən çox ərazini əhatə edib. Hadisə yerinə yanğınsöndürənlər göndərilib.

İlkin məlumatlara görə, yanğının qaz sızmasından baş verdiyi bildirilib. Rusiya İstintaq Komitəsinin verdiyi açıqlamada, yanğında 2 nəfərin öldüyü, 4 nəfərin yaralandığı qeyd edilib.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Məhəmməd Tağıyev

 





15.12.2022    çap et  çap et