525.Az

Çin hərbi kəşfiyyat peyklərini orbitə buraxıb


 

Çin hərbi kəşfiyyat peyklərini orbitə buraxıb<b style="color:red"></b>

Çin kosmosa uzaqdan zondlama ilə "Yaogan" sinifli hərbi kəşfiyyat peykləri göndərib.

525.az xəbər verir ki, Sıçuan əyalətindəki Xichang Peyk Mərkəzindən "Long March 2D" raketi ilə üç "Yaogan-36" tipli peyk kosmosa buraxılıb. Peyklər buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqeyə eniblər. Buraxılış "Long March" raketləri ilə 455-ci uğurlu nəqliyyat missiyası olub.

Qeyd edək ki, "Yaogan-36" peyklərinin birinci partiyası sentyabrın 26-da, ikinci partiyası oktyabrın 14-də, üçüncü partiyası isə noyabrın 27-də buraxılmışdı.

Məhəmməd Tağıyev

 





16.12.2022    çap et  çap et