525.Az

Slovakiyada hökumət çökdü


 

Slovakiyada hökumət çökdü<b style="color:red"></b>

Slovakiya parlamentində "etimad səsi"ni itirən Baş nazir Edvart Hegerin hökuməti yıxılıb. 

525.az xəbər verir ki, Slovakiyada "etimad səsi"ni itirən hökumət çöküb. Parlamentin 150 deputatına "etimad səsverməsi"nin keçirildiyi iclasda 102 deputat iştirak edib. 

Deputatlardan 78-i etimadsızlığın lehinə səs verdiyi halda, 20 deputat hökumətə etimad səsi verib. Müstəqil qanunvericilər tərəfindən dəstəklənməyən Baş nazir Hegerin rəhbərlik etdiyi hökümətə qarşı keçmiş ortağı Azadlıq və Həmrəylik Partiyası (SAS) korrupsiya, inflyasiya və enerji böhranını əsas gətirərək hökuməti devirmək üçün "etimadsızlıq səsverməsi" tələb edib.

Malik Atilay

 





16.12.2022    çap et  çap et