525.Az

"Kosovalılar Qərbin əlində alətdir" - Rusiya səfiri


 

"Kosovalılar Qərbin əlində alətdir" - <b style="color:red">Rusiya səfiri</b>

Rusiyanın Serbiyadakı səfiri NATO hərbçilərinin özlərini sülhməramlı kimi təqdim etmək cəhdlərini saxtakarlıq adlandırıb. "Kosovo Qüvvələri bölmələrinin sülhməramlıları əslində NATO-ya üzv ölkələrin hərbi kontingentindən ibarətdir və öz hərəkətlərinin BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi səlahiyyətlərə uyğunluğu görüntüsü yaradırlar".

525.az xəbər verir ki, bu barədə Rusiyanın Serbiyadakı səfiri Aleksandr Botsan-Xarçenko bildirib.

Diplomat izah edib ki, formal olaraq  sülhməramlılar 1244 saylı qətnaməyə əsasən BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş səlahiyyət və mandata malik qüvvələrdir. 

"Üstəlik, Kosovoda sülhməramlı adı altında özbaşına yaradılmış Amerika Camp Bondsteel bazasının olması Kosovo Qüvvələrini BMT mandatına uyğun gəlməyən və ya zidd olan hərəkətlərə gətirib çıxarır", - deyə Rusiya səfiri vurğulayıb.

Botan-Xarçenko əmindir ki, həm indi, həm də əvvəllər sülhməramlılar Kosovo polis qüvvələrinin Şimali Kosovo ərazisinə daxil olmasının qarşısını almaq üçün həm hərbi, həm də siyasi cəhətdən qabaqlayıcı tədbirlər görməyə qadirdirlər.

Dekabrın 10-da Kosovo polisi Deyan Pantiç həbs edilib. O bir neçə həmkarı ilə birlikdə Kosovo polisində xidmətini davam etdirməkdən imtina edib. Bundan sonra Kosovonun şimalında və Metoxiyada Pantiçin həbsindən narazı qalan serblər barrikadalar qurmağa başlayıblar. 

Eyni zamanda, Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbok Serb xüsusi təyinatlılarının Kosovo ərazisinə göndərilməsini qəbuledilməz adlandırıb. O, həmçinin Avropa İttifaqının Kosovodakı Xüsusi Missiyasına dəstəyini ifadə edib.

Qeyd edək ki, 2008-ci ildə Priştinadakı Kosovo alban strukturları Serbiyadan müstəqilliklərini elan ediblər. Serbiya Konstitusiyasına görə, tanınmamış dövlətin ərazisi ölkə daxilində Kosovo və Metohiya muxtar əyalətidir. Kosovo Respublikası onlarla ölkə, o cümlədən Rusiya tərəfindən tanınmır.

Havar Şəfiyeva

 





16.12.2022    çap et  çap et