525.Az

KOBİA Gürcüstanın Ticarət-Sənaye Palatası ilə Anlaşma Memorandumu imzalayıb


 

KOBİA Gürcüstanın Ticarət-Sənaye Palatası ilə Anlaşma Memorandumu imzalayıb<b style="color:red"></b>

Tbilisində keçirilmiş Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 9-cü iclası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Gürcüstanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

525.az KOBİA-ya istinadən xəbər verir ki, sənədi qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov və Palatanın prezidenti Georgi Pertaya imzalayıb.

Anlaşma Memorandumunda Azərbaycan və Gürcüstan KOB-ları arasında əlaqələrin genişləndirilməsi sahəsində əməkdaşlıq, ticarət, investisiya və sahibkarlıq sahəsində informasiya, KOB-lara göstərilən dəstəyə dair təcrübə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.

 





16.12.2022    çap et  çap et