525.Az

Moskva məktəblərində onların mahnıları qadağan edildi


 

Moskva məktəblərində onların mahnıları qadağan edildi<b style="color:red"></b>

Moskva məktəblərində şagirdlərdən diskoteka üçün sevdikləri mahnıları göndərmələri xahiş olunub.

525.az Axşam.az-a istinadən xəbər verir ki, lakin məktəblilərə əvvəlcədən siyahıya daxil olunması qadağan edilən bir neçə rusiyalı ifaçıların adları da təqdim olunub.

Onlar arasında xarici agent kimi tanınan Valeri Meladze, Zemfira, Vera Brejneva, Morqenştern, Manija kimi müğənnilər və "2Maşa", "Bi-2" kimi qruplar yer alıb.

Məkətbin bu addımını Moskvanın Təhsil Departamenti alqışla qarşılayıb:

“Paytaxt uşaqlarının zövqü yaxşı inkişaf edib və onlar özləri üçün bayram əhval-ruhiyyəsi yaradacaq kompozisiyaları seçə bilirlər. Məktəblərimizdə uşaq bayramı üçün layiqli musiqi seçməyi bacaran əsl peşəkarlar işləyir".

 





16.12.2022    çap et  çap et