525.Az

Qlobal kömür tələbi bu il ən yüksək həddə çatacaq


 

Qlobal kömür tələbi bu il ən yüksək həddə çatacaq<b style="color:red"></b>

Qlobal kömür istehlakının bu il 8 milyard tonu keçərək tarixin ən yüksək həddinə çatacağı gözlənilir. Bu rekordun səbəbi təbii qaz qiymətləri yüksək olması və buna görə elektrik istehsalında kömür istifadəsinin artmasıdır.

525.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) illik "Kömür 2022" hesabatına əsasən, bu il qlobal kömürdən istifadə ötən illə müqayisədə 1,2 faiz artacaq. Kömür istehlakı 2013-cü ildəki rekord istehlakı üstələyərək, bir ildə ilk dəfə olaraq 8 milyard tonu keçəcək.

Enerji transformasiyası və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində atılan addımlara baxmayaraq, karbon emissiyalarının ən böyük mənbəyi olan kömürdən istifadə, yüksək təbii ehtiyatlara görə elektrik enerjisi istehsalında kömürdən istifadə ilə bu yanacağa asılılığın artması səbəbindən rekord qıracaq.

Məhəmməd Tağıyev

 





16.12.2022    çap et  çap et