ABŞ-ın Nyu-York şəhərində Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev ilə BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi arasında görüş olub.
525.az xəbər verir ki, T. Körösi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini yüksək qiymətləndirdiyini deyib.
Görüşdə BMT və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq məsələləri, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik prioritetləri, COVID-19-dan sonrakı bərpa prosesi, bu və ya digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
çap et