Tarix elmləri doktoru professor Nəsiman Yaqublunun hazırladığı "Şuşa ziyalıları: unudulmuş irs" kitabı çapdan çıxıb. Kitabda mühacirətdə yaşamış Azərbaycanın görkəmli şəxsiyyətlərinin oxuculara geniş məlum olmayan yazıları toplanıb.
Əhməd Ağaoğlunun, Ceyhun Hacıbəylinin, Hüseyn Baykaranın, Hilal Münşinin, Abay Dağlının, Hüseyn Mirzəcamalbəyovun mühacirətdə nəşr edilən qəzet və jurnallarda çox dəyərli məqalələri dərc edilib. Həmin yazılardan bir qismi bu kitabda oxuculara təqdim olunur. Kitabdakı yazılardan humanitar elmlər sahəsində çalışanlar, magistratura sahəsində təhsil alan tələbələr, media mənsubları daha geniş faydalana bilər.
çap et