Rusiyanın Buryat Respublikasında Mi-8 model helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
525.az xəbər verir ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, Mi-8 model vertolyot Buryat Respublikasının hava limanına sərt eniş edib. Eniş nəticəsində helikopter yanıb. Açıqlamada qəzada helikopterdə olan 3 nəfərin öldüyü, hadisə ilə bağlı araşdırma başlandığı bildirilib.
Malik Atilay
çap et