525.Az

Çin və Rusiya Yaponiya üçün əsas strateji problemdir


 

Çin və Rusiya Yaponiya üçün əsas strateji problemdir<b style="color:red"></b>

Yaponiya Nazirlər Kabineti milli təhlükəsizlik və müdafiə ilə bağlı üç əsas sənədi təsdiqləyib, burada Çin və onun Rusiya ilə strateji əməkdaşlığı əsas çağırışlar adlandırılıb. Bu barədə Kyodo məlumat yayıb.

525.az xəbər verir ki, sənəddə deyilir: “Rusiyanın Hind-Sakit okean regionunda, o cümlədən ölkəmiz ətrafında xarici fəaliyyəti, hərbi fəaliyyətləri, Çinlə strateji əməkdaşlıqla yanaşı, ciddi təhlükəsizlik narahatlıqları yaradır”.

Yaponiya hökuməti həmçinin Çinin Asiya-Sakit okean regionunda hərbi əməliyyatları ilə bağlı narahatlığını bildirib. Bu fonda Yaponiya tərəfi müdafiə xərclərinin səviyyəsini iki faizə qədər artırmaq qərarına gəlib və həmçinin potensial düşmənin ərazisindəki hədəflərə əks-hücumlar etmək hüququnu təyin edilib.

“Düşmən tərəfindən raket hücumu baş verərsə, Yaponiya əks-zərbə potensialına, yəni düşmənin növbəti silahlı hücumlarının qarşısını almaq üçün effektiv əks-zərbə vermək qabiliyyətinə malik olmalıdır”, - sənəddə qeyd olunub.

Qeyd edək ki, Yaponiya 2031-ci ilin sonuna kimi cənub-qərb adalarında ballistik raket əleyhinə  qüvvələrini üç dəfə artırmağı düşünür. Qeyd olunur ki, Çinin Yaponiya dənizində keçirdiyi son təlimlər fonunda raketdən müdafiə qüvvələrinin yaradılması planı hökumətin milli müdafiə proqramına daxil edilib.

Havar Şəfiyeva

 





17.12.2022    çap et  çap et