525.Az

Şəhid mayorun həyatı kitab oldu


 

Şəhid mayorun  həyatı kitab oldu<b style="color:red"></b>

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gənclər Şurasının katibi, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) sədr müavini, Prezident təqaüdçüsü, yazıçı, publisist Şahanə Müşfiqin "Qutsal yolçu" adlı yeni kitabı işıq üzü görüb.

İki ildir ki, "525-ci qəzet"də Vətən müharibəsi şəhidlərindən, qazilərindən silsilə məqalələr yazan müəllifin bu kitabı 44 günlük Vətən müharibəmizin qəhrəmanlarından biri, şəhid mayor Emin Süleymanovun əziz xatirəsinə həsr olunub. Kitabda E.Süleymanovun həyat yolu, 25 illik hərbi xidməti, Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolu ailəsinin, dostlarının, əsgərlərinin, döyüş yoldaşlarının xatirələri əsasında əks olunub. Həmçinin, kitabda şəhid mayor haqqında müxtəlif zamanlarda dövri-mətbuatda işıq üzü görən məqalələr, ona həsr olunmuş şeirlər də toplanıb. Qəhrəman hərbçi ömrünün şəhadətə qədərki dövrü həyatının fərqli zamanlarına aid şəkillərlə də kitabda öz əksini tapıb.

Kitabın redaktoru və korrektoru AYB və DGTYB-nin üzvü, Prezident təqaüdçüsü Şəfa Vəli, dizayneri Fidan Hüseynova, texniki redaktoru Nərmin Həsənovadır.

Kitab "Nəfəs" İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva tərəfindən nəşr olunub. Təşkilati dəstək Dünya Gənc Türk Yazarlar Birliyinə aiddir.

MEHRİ

 





17.12.2022    çap et  çap et