525.Az

Qazaxıstan–Azərbaycan Biznes Forumu keçiriləcək


 

Qazaxıstan–Azərbaycan Biznes Forumu  keçiriləcək<b style="color:red"></b>

İyunun 28-də Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPromo) və Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə Qazaxıstan–Azərbaycan Biznes Forumu  keçiriləcək.

525.az-ın səfirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti cənab Nursultan Nazarbayevin 2013-cü il 16 avqust tarixində Qəbələ rayonunda keçirilmiş Türkdilli Ölkələrin Zirvə Toplantısı çərçivəsində əldə olunmuş qarşılıqlı razılığına əsasən Qazaxıstan Respublikasının Aktau şəhərində yerləşən “MorPort Aktau” Azad İqtisadi Zonada “Azərsun İstehsal və Logistik Mərkəzi”nin tikintisi ilə əlaqədar təməlqoyma mərasimi keçiriləcək.

Mərasimdə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin, Qazaxıstanın Manqistau vilayətinin akimi (qubernatoru) Alik Aydarbayevin, “Azersun Holding” şirkətinin İdarə Heyətinin sədri Abdolbari Gözəl, Azərbaycan və Qazaxıstan biznes strukturalrının nümayəndələri, yerli dövlət qurumları və müxtəlif təşkilatların üzvləri, mətbuat və televiziya nümayəndələri, habelə vilayət yaşayan diaspora nümayəndələrimizin iştirakı nəzərdə tutulub.

Daha sonra, Aktau şəhərində yerləşən “Renesans Aktau” otelində 26 azərbaycan şikəti, habelə 61 Qazaxıstan şirkətinin iştirakı ilə “Qazaxıstan–Azərbaycan Biznes Forumu” keçiriləcəkdir. Azərbaycan tərəfindən nümayəndə heyətinə ölkəmizin iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, qarşı tərəfindən isə, Qazaxıstan Respublikasının Manqistau vilayətinin akimi (qubernatoru) Alik Aydarbayev rəhbərlik edəcək.

Biznes Forum çərçivəsində Azərbaycan Respublikasının iqtisadi potensialı, Qazaxıstan Respublikasının Manqistau vilayətinin investisiya imkanları, “Azərsun İstehsal və Logistik Mərkəz”ə dair təqdimatların keçirilməsi, iki ölkənin biznes strukturları arasında görüşlər, qarşılıqlı məlumat mübadiləsi və digər tədbirlərin keçirilməsi planlaşdırılır.

 





27.06.2014    çap et  çap et