525.Az

Bakı-Daşkənd reysi ilə uçan təyyarə məcburi eniş edib


 

Bakı-Daşkənd reysi ilə uçan təyyarə məcburi eniş edib<b style="color:red"></b>

Bakı-Daşkənd marşrutu üzrə J2-5031 reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” aviaşirkətinin hava gəmisinin kapitanı təyinat məntəqəsində əlverişsiz hava şəraiti ilə əlaqədar Səmərqənd Beynəlxalq Hava Limanına eniş sorğusu göndərib.

525.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, "Airbus A320" təyyarəsi Bakı vaxtı ilə saat 23:42-də Səmərqənd hava limanında eniş edib.

 





19.12.2022    çap et  çap et