Avstraliyanın keçmiş Baş naziri Kevin Rudd ölkəsinin Vaşinqtondakı səfiri təyin edilib.
525.az xəbər verir ki, Avstraliyanın Baş naziri Entoni Albanese, Ruddun Vaşinqtona səfir təyin edildiyini açıqlayıb. Ruddun yeni il bayramından sonra vəzifəsinin icrasına başlayacağını vurğulayan Albanese, keçmiş Baş nazir və keçmiş xarici işlər nazirinin səfirliyə unikal təcrübə gətirəcəyini qeyd edib.
Səfir vəzifəsini üzərinə götürdüyünə görə xoşbəxt olduğunu bildirən Albanese, Ruddun bu vəzifəni "sevdiyi ölkəsinə xidmət kimi gördüyü" üçün qəbul etdiyinə diqqət çəkib.
Kevin Rudd isə bu təyinatdan böyük şərəf duyduğunu və ölkənin son 10 ilin ən çətin diplomatik və təhlükəsizlik atmosferində olduğunu bildirib.
Qeyd edək ki, Rudd 2007-2010-cu illərdə Baş nazir, 2010-2012-ci illərdə isə xarici işlər naziri vəzifələrində çalışıb.
Məhəmməd Tağıyev
çap et