525.Az

İtaliya A seriyasında yarımavtomatik ofsayd sistemindən istifadə olunacaq


 

İtaliya A seriyasında yarımavtomatik ofsayd sistemindən istifadə olunacaq<b style="color:red"></b>

2023-cü ilin yanvarından etibarən İtaliya A seriyasında yarımavtomatik ofsayd aşkarlama sistemindən istifadə olunacaq.

525.az-ın məlumatına görə, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina açıqlamasında bildirib.

O, bu sistemdən ilk olaraq yanvarın 27-də - çempionatın XX tur matçlarında yararlanacaqlarını söyləyib. Texnologiyanın ofsaydı ən dəqiq və sürətli aşkarlaması üçün stadionun perimetri ətrafında kameralar quraşdırılacaq.

Bundan daha əvvəl Qətərdə keçirilən dünya çempionatında istifadə olunub.

 

 





20.12.2022    çap et  çap et