525.Az

“ULDUZ”: 5-2-5 - Rəşad Məcid yazır


 

“ULDUZ”: 5-2-5 - <b style="color:red">Rəşad Məcid yazır</b>

 Ulduzjurnalının yeni baş redaktoru şair Qulu Ağsəsin təşəbbüsüylə dərginin hər yeni sayı haqqında ekspert yazısıdərc edilən materialların təhlilinə dair məqalə hazırlanır növbəti sayda çap olunur. Bu yazı da həmin təşəbbüsə cavab olaraq qələmə alınıb jurnalın iyun sayında işıq üzü görüb. “Ulduzun yeni rəhbərliyinin fəaliyyətinə münasibətin xüsusən gənc ədəbi nəslin yaradıcılığı ilə bağlı müşahidələrin ifadəsi baxımından maraq doğura biləcəyini düşünərək, yazını “525”in oxucularına təqdim edirik.

Ulduzjurnalının builki 5-ci, Qulu Ağsəsin redaktorluğu ilə çıxan 2-ci sayına ekspert gözüylə baxmaq mənə həvalə olunub. Qulu saqqızımı oğurlayıb, mən yumşalıb söz vermişəm. Fürsəti fövtə verməyib,  əlüstü, adımı titul səhifəsində ekspert kimi yazıb. Ta indi neyləməli? Gərək bu iki daşın arasında həm jurnalı diqqətlə oxuyam, həm fikirlərimi yazıya köçürəm. Keçən sayda da, bu nömrədə Ulduzun ilk tez nəzərə çarpan cəhəti zahiridi, yəni işartısıdıdizaynıdı. Buna görə, əlbəttə, həm təzə baş redaktoru təbrik etmək lazımdı, həm jurnalın nəşrini öhdəsinə götürənTəhsil Nəşriyyat-Poliqrafiyamüəssisəsinin rəhbəri, hörmətli Bəhruz Axundova minnətdarlıq çatdırmaq vacibdi. Belə başa düşdüm ki, Qulunun həvəsi çatdığı, ekspertlər tapdığı müddətcə jurnal əvvəlki sayların təftişiylə açılacaq. Bu say Əsəd CahangirinParla, ey şans ulduzu!” adlı ekspert yazısıyla açıldığı kimi. Əsədin ötən nömrə haqda dedikləri mənə dolğun, əhatəli tost təsiri bağışladı. Amma Əsədin axıcı təhkiyəsində, qaçaraq təriflərində, coşubUlduza həsr elədiyi qəzəlində mən ən vacib olanısevinci hiss elədim! Əsədin gözəl, amma bəlkə bir az zəif  xüsusiyyətidi bu tez sevinmək: hisslərini tələsik, emosional şəkildə bildirmək. Axı, bəzən hisslərin təsiri altında verilən ilkin rəy yanlış, aldadıcı olur! Hər halda, mən Əsədin bu ekspert rəyindəki sevincin uzunömürlü olacağına, bu dəfə onun ümidlərinin doğrulacağına inanmaq istəyirəm!

Qeyd elədiyim kimi, jurnalın ötən sayının dizaynı məni bir xeyli sevindirmişdi. Amma vərəqləyəndən sonra ilk reaksiya kimibəs, nəsr hanı?” sualını vermişdim. Ağsəsyönnünəsr tapmadığını desə , razılaşmamışdım. Bir yandan da, “Ulduzun yeni sayı barədə müxtəlif yerlərdə söhbət düşəndə fikrim bu olmuşdu ki, ədəbi jurnalı keyfiyyətli bədii yazılar olmadan sanballı etmək mümkün deyil! qədər eksperimentlər edirsən et, qədərhoqqaçıxarırsan çıxar, ədəbi-bədii jurnalın mayası, özəyi bədii materiallardı. Amma Qulu neyləsin?!  Ağsəs təhər etsin ki, indielliklə ədəbiyyat yaratmağagirişən camiəmizdə keyfiyyətli bədii nəsr tapmaq müşküldü. İndi heç adamları təzə imzalarla da təəccübləndirmək mümkün deyil! Onsuz da hər gün yeni saytlar, sosial şəbəkə təzəyazarlar  üyüdür! İndi, məncə, ədəbi dərgilərin, saytların, qurumların əsas işi istedad hiss etdikləri müəllifləri yetişdirməyə çalışmaq olmalıdı. Bu da, əlbəttə, zor işdi, səbr, əziyyət, fədakarlıq tələb edir! Bir-iki babat yazısından sonra təzə imzaları, gənc müəllifləri Ulduz xəstəliyindən uzaq tuta bilmək, sağa-sola sapmadan düz yolla getməyin üstünlüyünü təlqin eləmək, bu yolunədəbiyyatın uzun, keşməkeşli olduğuna inandırmaq ondan da qat-qat ağır işdi, əsl zülümdü!

Amma bizim bu təzə baş redaktor çox həvəslidi. Dünyaya ancaqUlduzun gözüylə baxır. Hiss edirsən ki, evdə rahatlığı var, işdə, yolda-küçədə: hər yerdəUlduza mövzu axtarmaq, layihə fikirləşməklə məşğuldu! Hələ jurnala abunə yazılmaq çağırışını demirəm! Bunu ekspert rəyindən qabağa çıxarıb xalqı öz təzə məhsulundan nuş etməyə çağırır! Belədə bizə onu həvəsdən salmamaq,  bu ovqatının uzunömürlü olmasını arzulamaqdan başqa yol qalmır! Mən elə bu arzularla keçirəm saqqala panamaya! YəniUlduzun ekspert rəyindən sonrakı səhifəsinə Ağsəsin təqdim etdiyi guya təzə imzaya!

Aqşin EvreninÖzüylə söhbəti şeirlərini oxuyanacan onun haqqında təsəvvürüm fərqli geyimi, panaması, qəribə imzası son vaxtlar beynimdə ilişib qalan  Bakının köhnə stalinkalarında can verir SSRİmisrasından ibarət idi. Fikrimcə, baş redaktorun bu təqdimatını uğurlu saymaq olar! Evren təkcə geyim-keçimi ilə fərqli görünməyə çalışmır, müsahibəsindəki fikirlərində , şeirlərindəki obrazlarında da orijinallığa cəhd edir. Onun:

 Astaca pıçıldayıram saçlarına:

Əzizim, dodağını gətir, söz deyirəm

misraları məndə xoş təbəssüm oyadır.

Yaxud:

“...əziz dost,

bir əlini sinənə qoy,

bax, durmadan vurur ürək;

bil ki, bu, əzraildir, qapını döyür,

yaşamaq yavaş-yavaş ölməkdir axı,

insan gün keçdikcə bir az da ölür...”

bəndindəki fikir o qədər yeni deyilsə , əslində, tanış olsa da, düşünməyə məcbur edir.

coxlu bu tipli misralar, deyimlər, obrazlarla doludur Evrenin şeirləri. Mən indi ancaq sənətin bu uzun çətin yolunda Evrenə təmkin, dözüm təpər arzulayıram.

Pərvinin təqdimatındaUlduzjurnalı ilə “525-ci qəzetinBenefisbirgə layihəsi maraq doğurur, rahat oxunur, düşündürür. Pərvin keçən sayda tanınmış aktyor Cahangir Novruzovla, bu dəfə isə Moskvada yaşayan türkoloq Tofiq Məlikliylə söhbət edib. Müəllifin qonaqlarıyla Bakının qədim yerlərini gəzib həmsöhbətlərində nostalji yaratmaq cəhdi bununla da keçmişəhəm şəhərin, həm müsahibinin gəncliyinə xəyali səyahət etmək niyyəti maraqlıdı. Hələlik söhbətlərin hər ikisi yaxşı alınıb. Bu layihədə yazar-jurnalist peşəkarlığından əlavə, qonaqların dərəcədə səmimi olmaları, açılışa bilmələri əsasdı. mən arzu edərdim, bu layihə uzunmüddətli olsun, yəni ilk növbədə qonaqlar maraqsızlaşmasın.

qədər ki, baş redaktorun beyniUlduzla məşguldu, jurnalın layihələrdən kasadlıq çəkməyəcəyi bəllidi. Təranə Vahidin aparıcılığındaNaşirjurnalıyla birgəDiskussiya klubulayihəsinin ideyası da maraqlıdı, məzmunu da. Əli ƏmirlininŞah Qacartamaşasına Akademik Milli Dram Teatrında birlikdə baxan yazarlar, jurnalistlər sonra dramaturqu sual yağışına tutublar. Məncə, yaxşı priyomdu. Həm yeni tamaşanı diqqət mərkəzinə gətirmək, təbliğ etmək, oxucudan tamaşaçı yaratmaq niyyəti gözəldi, həm müəlliflə birlikdə mübahisəli, qaranlıq məqamlara aydınlıq gətirmək cəhdi kimi uğurludu.

Demişdim ki, ötən saya təəccübüm iradım nəsr əsərlərinin yoxluğu ilə bağlıydı. Bu sayda jurnal iki nəsr nümunəsi təqdim edib. Peşəkar yazıcı Natiq Rəsulzadənin nisbətən gənc olan yazar Zümrüd Yağmurun hekayələrini. Mən bunu təsadüf saymıram, düşünürəm ki, baş redaktor qəsdən belə edib. Ən azından, fərqli nəsillərin nümayəndələri yanaşı çap olunan yazıları oxusunlar, bir-birini tanısınlar. Axı, indi gənclər yaşlıları oxumur, yaşlılar da gənclərin yazılarına təsadüfdən-təsadüfə nəzər salırlar. Bu baxımdan, məncə, Zümrüd Yağmurun öz yaşlı həmkarının yazısını oxumasına ehtiyac var. Tərcümədə olsa belə, Natiq Rəsulzadənin axıcı təhkiyəsinə, obrazlı dilinə, konflikt yaratmaq ustalığına diqqət etməsi ona yalnız xeyir gətirə bilər.

Daşkənddən Seadat Məhəmmədovanın Azərbaycan şeiri haqda, İraqdan Aydın Kərkükün Zakir Sadatlı haqda yazılarınıUlduzun əhatə dairəsini genişləndirmək cəhdi kimi qiymətləndirirəm. Eləcə Böyükdən uşağarubrikası daha kiçik oxucuları cəlb etmək niyyəti kimi təqdirəlayiqdi.

Təzə baş redaktorun yeniliyə canatma cəhdlərinin, təzə ideyalarının bəzilərini hərdən təbəssümlə qarşılayır zarafatlahoqqaadlandırıram.  “7(oğul)+ 1 (qız)” rubrikasını da bəlkə beləhoqqalardan biri saymaq olar. Amma 7 kişi 1 qadın şairi bir rubrikaya yığıb oxucuya təqdim etmək niyyətində zəif şeirləri uğursuz imzaları tünlükdə gizlətmək çaları da hiss etdim. Elşən Əzim Elxan Yurdoğlu kimi imzası artıq tanınan yazarların ardınca 6 təzə imzanı təqdim etmək biraz adamı qorxudur. Amma bu tünlükdə istedad işartılarını hiss etmək olur. Bu qığılcımlar isə Ruslan Dostəlidə solğun görünsə , Fəridədə aydın nəzərə çarpır.

Bizim dəyərli müəllimimiz Nəsir Əhmədlinin M.Lermontovdan tərcümələrini oxumaq xoş bir gözlənilməzlik oldu. Şeirlərin orijinaliyla birgə çap edilməsi isə tərcüməylə məşğul olan gənclərin öyrənməsi üçün lazımlı gedişdi. Ağsəsin qısa, tutumlu essesi sonda Hicranın təqdimatındaAsan xidmətrubrikası da maraqlıdı.

Bu saydaUlduz” “Dərgidə kitabadıyla Fərid Hüseynin esselərini çap edib. Əvvəl heç bu barədə söz açmaq istəmirdim. Çünki Fəridin esselərini “525” dərc etmişik, başqa yerlərdə oxumuşam. Açığı, bu yazılara elə xoş münasibətdə deyiləm. Hətta bəzən düşünürəm ki, Fərid bunları niyə yazır bunların mənası var?! Bu esseləri oxuyanda birdən mənə elə gəldi ki, deyəsən, Fərid bütün bu yazılarında özünü gizləməklə məşğuldu. Yəni səmimi olmur heç vaxt! Ağrı ya yoxdu, ya da hiss olunmur onun yazılarında! İran məhbəsiylə bağlı xatirələrinin toplandıgı əsərində bu ağrısızlığı hiss etmişdim gərək ki, özünə demişdim, bir-iki məqamda elə bil məhbəsdən yox, Yesentuki sanatoriyasından söhbət gedir. İndi bir daha hiss etdim ki, Fərid hətta təəccübündə , sadəlövhlüyündə səmimi təsir bağışlamır mənə. İçini, özünü gizlədir! Onun yazıları adamı cırmaqlamır, diksindirmir. Sakit bir mızıltını xatırladır! Buna görə onun yazıları quru , stenoqrafik materiala oxşayır. Mən buna təəssüf edirəm! Fəridə səmimi olmağı, öz içinin həqiqətini cəsarətlə yazmağı arzulayıram! Agrılarını ifadə etməyə çağırıram onu! İnanmaq istəməzdim ki, ağrı yoxdu onun içində! Varsa, ifadə eləsin. Yoxdusa, deməli, alınmayacaq!

Üzvü olduğum jurnalist qurumlarının keçirdikləri yazı müsabiqələrində ara-sıra ekspert oluram. Yazıları 10 ballıq sistemlə qiymətləndiririk. İndi ürəyimdən keçdi ki, adət etdiyim kimi, “Ulduzun bu sayını da 5 balla qiymətləndirim! Sərlövhənin məntiqində bu var. Amma arzulayıram ki, bu “5”i neçə ballıq şkalayla verdiyimi daha vacib ekspertləroxucular ayırd etsinlər! 

 





30.06.2014    çap et  çap et