525.Az

Florensiya şəhəri və Mediçi sülaləsi - Telman Orucov yazır


 

Florensiya şəhəri və Mediçi sülaləsi - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

 

Nemur hersoqu Culiano

 

Culiano Möhtəşəm Lorentsonun axırıncı doğulmuş oğlu idi. Fransa kralı Fransisk ona hersoq titulunu vermişdi. O, təkcə bir il (1512-1513-cü illər) hökmranlıq etdi, lakin onun siyasəti, şübhəsiz olaraq, Mediçi hakimiyyətinin yenidən qurulmasında müsbət effekt nümayiş etdirdi.

Beləliklə, hakimiyyətə sahib olmağa təyin edildikdə Covanni və Culio Romanı tərk etdilər ki, Florensiyanı idarə etsinlər, çünki Papalığı da işğal etmək lazım idi. Culiano alicənab, lətafətli və razılığa gələn adam idi. İtalyan Renessansında o, ən cazibədar şəxsiyyət hesab olunurdu. Taleyi ona uzun müddət hökmranlıq etməyə imkan verməmişdi, lakin hakimiyyətdə olduğu bir ilin özündə də ümumi razılıq əsasında fəaliyyət göstərməsi ilə xarakterizə olunmuşdu.

II Yuli öləndə Culio de Mediçi onu əvəz etdi, Roma, nəhayət, işğal edildi, bu, Florensiyanın möhkəmlənməsi üçün lazım idi.

1513-cü ildə Mediçilərə qarşı yeni qəsdin üstü açıldı, sui-qəsdçilər içərisində məşhur Makiavelli də var idi. X Leo Culianoya papa ordusunda bayraqdarlıq vəd etdi. Buna görə o, daimi Romada olmalı idi və bu məqsədə uyğun olaraq Florensiyadakı rolundan imtina etdi və bu vəzifə onun əmisi oğlu, Bədbəxt Pieronun oğlu Lorentsonun əlinə keçdi. Onun papa qaydalarına tabeliyi yaxşı məlum idi. Culianonun Florensiyadan uzaqlaşdırılmasına nail olunduqdan sonra papa onun şərəfinə artıq qısqanclıq göstərmirdi. Onu Parmanın və əlavə iki şəhərin hökmdarı etdi, baxmayaraq ki, Culianonun birbaşa öz etirafına görə, onu Urbino hersoqu etməyə papa qadir olmamışdı. Culiano başqa birisini qanuni hersoq kimi tanımağa məcbur oldu.

 

Urbino hersoqu Lorentso

 

Lorentso papa X Leonun arzusuna tabe olaraq, 1516-cı ildə Urbinonu işğal etmiş və həmin şəhərlə bağlı olan hersoq titulunu qəbul etmişdi. Culiano isə bu tituldan hələ əvvəldən imtina etmişdi.

Lorentso daha böyük hakimiyyətə sahib olmaq istəyirdi və tələb etdi ki, onu Florensiyanın hamıya başcılıq edən bir komandanı adlandırsınlar. Ən vacib Florensiya ailələrinin cəlb olunmasını böyütmək məqsədini güdən papanın Manifesti isə onu narazı saldı. O, bunları etməyə borclu olduğu halda, 70-lər Şurasına həmin ailələrin nümayəndələrini daxil etməmişdi.

Özünün siyasi səhnədə görünməsindən az sonra, o, artıq öz ətrafında olan hər bir kəsin nifrətini qazanmışdı.

Hökmdar öz gözlədiyi kimi tələb etdi ki, papanın arzularına məhəl qoymaqdan, öz qərarlarını verməyə qadir olsun, axırıncıların köməyindən fayda götürmüşdü. O inandırılmışdı ki, papadan daha qüdrətlidir. Lorentso Leodan iki il əvvəl, 1519-cu ilin martında öldü. Vaxtindan əvvəl ölümü onun rəssamlığa və bu sahənin himayəçiliyinə olan marağı barədə konkret planını qabaqlamışdı.

Covanni - papa X Lao pontifiklik tacına 1513-cü ildə seçilmişdi, buna qədər Florensiyada vəzifədə idi. Yeni bir "qızıl eraya" ümid bəslənirdi.

 

Mediçilər və Papalıq. Covanni - papa X Leo

 

Möhtəşəm Lorentso vaxtilə başa düşürdü ki, İtaliyada hakimiyyət Romada ciddi qaydada təmsil olunmadan səmərəli olmayacaqdır.

Ona görə də o, qərara aldı ki, oğlu Covanni kardinala çevrilsin. 1513-cü ilin martında kardinal Farneze tərəfindən Covanni papa adlandırıldı. Gənc papa adamların gözlədiklərini doğrultdu. Florensiyada qəsd cəhdi açıldıqda o, ailələrə müdaxilə etdi və Makiavellini azad etməyə cəhd göstərdi. Qəsddə şübhəli bilinən iki adam hedonist və alim idi. Onlar Papalıq dövlətinin inkişafından daha çox öz ailələrinin böyüməsi barədə qayğı çəkirdilər.

X Leo çoxlu digər şeylərdə də ittiham edildi, o, Martin Lyüterna başladığı Lüteran islahatının əhəmiyyətini başa düşməmişdi, həm də tezliklə Roma ilə əlaqələrini bütünlüklə kəsən İngiltərə kralı VIII Henriyə "İnancın müdafiəçisi" titulunu vermişdi. Ən başlıcası isə Fransa kralı Fransisklə Müqəddəs Roma imperatoru və İspaniya kralı V Karlla həlledici diplomatik əlaqələr yarada bilməmişdi. Onlar İtalyan dövlətləri üzərində ağalıq etmək üstündə bir-birilə mübarizə aparırdılar.

Qəsdçilər cərrah Batist Vertsellinin köməyi ilə papanı öldürmək istəyirdilər, cərrah onun anal nahiyəsindəki yaranı müalicə edirdi və bu yaradan onu zəhərləmək üçün istifadə etməli idi. Lakin sui-qəsdin üstü açıldı və qəsdçilər Sant Ancelo qəsrində dustaq edildilər. Hakimiyyətdə olan və məşhur adamların həyatı həmin dövrdə belə idi. Başqa dövrlər də bu məsələdə heç də istisna təşkil etmirdi.

X Leonun papa işlədiyi dövrdə sonuncu təcavüzkar hadisə baş verdi, fransız ordusu qayıdıb, 1515-ci ildə Milanı işğal etdi.

Buna baxmayaraq, papa Florensiyaya böyük diqqət verirdi. 1519-cu ildən sonra onun üçün əhəmiyyətli olan ailənin yalnız qanunsuz doğulmuş və ya evlənməmiş üzvləri qalmışdı. Lakin vətəndaşlar Lorentsonu o qədər xoşlamırdılar ki, 1519-cu ildə onun əhval-ruhiyyəsi pis olanda onlar tam məmnunluq nümayiş etdirirdilər.

I Fransisklə V Karlın arasındakı müharibənin ilk fazasında imperiyanın və pontifikin müttəfiq qoşunları fransızlara qalib gəldilər. Françesko Maria Sfortsa Milan hersoqu elan edildi. Hadisə bayram ediləndə papa xəstələndi və 1521-ci ildə öldü.

Papa ovla məşğul olduğuna görə saray həyatından həzz alırdı, sarayı şairlərlə, digər qonaqlarla doldururdu. O, elə adamlardan idi ki, həyatını ifrat həzzə tabe etməklə ömür sürürdü.

O, ehtiraslı kolleksiyaçı idi və ədəbi şəxslərin və görkəmli rəssamların hamisi və dostu idi. O, qədim Romanın xarabalıqlarının vurğunu idi. Onun hissiyyatı Rafelin hesabına xeyli şişirdilmişdi, rəssamın Müqəddəs Pyotr bazilikasının bünövrəsinin qazıntısı işlərini aparmaq barədəki layihələrinə xüsusi diqqət göstərirdi. Axı qazıntılar qiymətli antik əsərlərin tapılması ilə də müşayiət olunurdu.

Bu papanın həqiqi dəyəri onda idi ki, o, mədəniyyətə açıq və alicənab adam kimi münasibət göstərirdi, rəssamlara, xüsusən onların məhsuldar dövrlərində konkret imkanlar yaradırdı. Gözəlliyə can atması onu cəsarətli etmişdi. O, Rafaelə Vatikandakı Heliodoros otağında freskanı çəkməyi davam etdirməyə icazə verdi. O, həmçinin, iki kardinalla birlikdə öz portretinin çəkilməsini Rafaelə sifariş verdi və bu, əsər indiyədək janrın incilərindən biri kimi qalır. O, həmçinin, Rafaelin San Petro bazilikasını tikintisinin arxitektoru adlandırdı və o, Bramantedən sonra bu vəzifəni öz üzərinə götürdü.

O, Arno və Tibr çayları, Florensiya və Roma şəhərləri arasında paralellər aparırdı. Lakin o, Romanın inkişafından daha çox öz ailəsinin imicinin böyüməsinə çalışırdı.

 

Culio - papa VII Klement

 

Culio 1523-cü ildə VII Klement adlanmaqla papa seçildi, o, ekstremal seriyadan ibarət olan hadisələrlə üz-üzə gəldi. Bunların sırasına Protestant islahatı, Romanın qarət edilməsi və Florensiyada respublikanın elan edilməsi idi. 1527-ci ildə Romanın ağır qarətə məruz qalacağını Savonarola öncədən görmüşdü və onun proqnozu tam dəqiq oldu. Culionun şəxsi həyatı da problemsiz olmamışdı, Pasxa messası günündə qətlə yetirilən Culiananın bastard (haramzada) oğlu idi, atasının öıümündən bir ay sonra dünyaya gəlmişdi. Ona bu barədə ittihamlar yağdırıldıqda, tutarlı cavab vermişdi ki, qanunsuz doğulmaqda mənim heç bir günahım yoxdur, buna gərə günah yalnız atamın və ya anamınkıdır.

Utrextli Hadrianın qısa müddətli pontifikiliyindən sonra Culio da Mediçi katolik kilsəsinin ali başçısı seçildi. O, ailənin ikinci oğlu idi ki, pontifik tacına yiyələnmişdi və onun seçilməsi Romada hamı tərəfindən böyük entuziazmla qarşılandı. Yeni papa bu gözləmələri yaşayanda böyük çətinliklərlə üzləşmiş, lakin özünü siyasət dənizində üzən bacarıqlı dənizçi - naviqator kimi aparmışdı.

Onun birinci qərarı Florensiyanı fərasətlə idarə etməyi davam etdirmək oldu. O, gənc qohumu olan kardinal Passerininin şəhəri idarə etmək sahəsində icraçı rolunu oynamasını qərara aldı. Sonra Nemur hersoqu Culianonun bioloji oğlu İppoliti Florensiyaya göndərdi. O, şəhərin gələcək lideri üçün olduqca dəqiq bir seçim idi.

I Fransisklə V Karl arasındakı mübarizədə onların hansısa biri ilə alyansa girmək riskli bir iş olardı. Bu iki vuruşanın taleyi uğurlu və ya uğursuz olurdu. 1524-cü ilin son ayında I Fransisk zəfər qaydasında Milana girdi. Lakin sonra, 1525-ci ildə V Karl Paviada döyüşü udub, fransız kralı I Fransiski əsir götürdü.

Bir müddət ispan əsirliyində qaldıqdan sonra V Karl, iki kiçik yaşlı oğlunu girov vermək şərti ilə I Fransiski azad etdi. Bir müddət sonra dofin Fransisk və onun kiçik qardaşı Henri azad edildi, onlar hətta fransız dilini yadırğamışdılar. Sonralar böyük qardaş Fransisk qəflətən öləndə, kiçik qardaş II Henri kimi dofin olmaqla, atası I Fransisk 1547-ci ildə vəfat edəndə Fransanın kralı oldu. 

Papa Liqanın mənəvi lideri olanda İngiltərə kralı VIII Henri yeni Liqanın sponsoru idi. Papa təklif etdi ki, Milan hersoqu Sfortsaya qarantiya verilsin, Fransa kralının yuxarıda göstərilən iki oğlu əsirlikdən azad edilsin, imperiya əsgərləri Apennin yarımadasından qovulsun. Situasiya Müqəddəs Liqa üçün əlverişli görünürdü. Üç nəfərin donanmadakı, qoşunlardakı və dini mərkəzdəki liderliyi ilə Liqa məğlubedilməz kimi görünürdü.

Lakin az sonra bütün bu ümidlərin əbəs olduğu göründü. V Karlı landknextlər kütləsi, 13 min fanatik lüteranlar xilas etdilər, yarımadaya müdaxilə edən və qarşısı alına bilinməyən imperiya ordusu Romaya tərəf hərəkət etdikdə, papa VII Klement zəif müdafiə təşkil etdi, müdafiəçilərin ümumi sayı cəmi 4 min nəfərdən ibarət idi. Lakin onlar gözlənilməyən bir igidlik göstərdilər və qaçıb gizlənmək əvəzinə, çünki onlara əslində, belə göstəriş verilmişdi, şəhərin küçələri ilə hərəkət edib, adamları müqavimət göstərməyə  qaldırdılar. Və bu hərəkət uğurlu oldu.

1527-ci ilin mayında Romanın qarət edilməsi, həm də qan çaylarını əmələ gətirdi. Bu barədə belə bir dəhşətli təsvir yazılmışdı: "Cəsədlərdən dəhşətli üfunət yayılırdı, adamlar və heyvanlar bir yerdə dəfn edilirdilər. Mən kilsədə itlərin yedikləri meyitləri gördüm. İndi mən Allahın ədalətini tanıyıram, hətta bir qədər gec gəlsə də. Romada təsəvvür edilən günahlar açıq şəkildə baş vermişdi, sodomiya, bütlərə sitayiş, ikiüzlülük və aldatma bunlara daxil idi, biz bu vaxt inana bilərdik ki, bu, heç də cəza şəklində baş verməmişdir, bu, ancaq Allahın hökmüdür".

Klement bu vaxt Sant Ancelo qəsrində sığınacaq tapdı və Mediçilər bir daha yenidən Florensiyadan qovuldular.

Şəhər isə öz istehkamlarına bel bağlayırdı, axı onları yaratmağa Mikelancelodan öz istedadını sərf etməyi xahiş etmişdilər.

Klement vəziyyəti düzgün qiymətləndirib, imperatorla əlaqələr yaratmaq vasitəsilə vəziyyətin normallaşması yolunda manevrlər edirdi, 1529-cu ildə onunla Barselonada gizli qaydada görüşdü. Pontifik imperatorla razılığa gəldi və ona ali kilsə qaydasında tac qoyulmasını vəd etdi və bu tədbir sonrakı ili Boloniyada baş verdi. Əvəzində isə o, imperial qüvvələrin dəstəyini aldı, onlar bu vaxt Florensiyanı mühasirədə saxlayırdılar. Həm də pontifik V Karlın doğma qızı Marqaritanı Alessandro da Mediçiyə alacağını vəd etdi.

Florensiyanın mühasirəsi başlandı və şəhərin qəhrəman müdafiəsi heç də faydalı olmadı. On ay davam edən müqavimətdən sonra, taun xəstəliyi nəticəsində zəifləyən Respublika 1530-cu ilin avqustunda təslim oldu. VII Klement Barselonadakı razılaşmanı açıb göstərdi. Baş Şura bir daha yenidən ləğv olundu. Mediçilərin irsi hökmranlığının qurulması konstitusiyada öz əksini tapdı. Klement özü 1534-cü ildə Alessandronun vəzifəyə keçməsi mərasimində iştirak etdi.

Culio dünyəvi adam olmaqla yaxşı xarakterə malik idi. Ailənin hakimiyyətini böyütməyə çalışırdı, bu ona ölümündən sonra da şərəf gətirdi. Həm də o, bacarıqlı himayəçi idi.

Florensiyada o, diqqəti San Lorentso Bazilikasında cəmləşdirilmişdi. Digər kilsənin tikintisinə isə Mikelancelonu nəzarətçi təyin etmişdi. Culio həm də Makiavelliyə "Florensiyanın tarixi"ni yazmağı tapşırmışdı, müəllif bu işi görüb, kitabı VII Klemetə həsr etdiyini yazmışdı.

(Ardı var)

 





21.12.2022    çap et  çap et