525.Az

"Azərbaycan erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazırdır"


 

 "Azərbaycan erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazırdır"<b style="color:red"></b>

"Azərbaycan hökuməti dəfələrlə erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu bəyan edib. Bundan irəli gələrək, Azərbaycan hökuməti BQXK-nın yerli nümayəndəliyi ilə sıx əlaqədədir".

525.az-ın xəbərinə görə, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin BMT Təhlükəsizlik Şurasında Laçın yolundakı vəziyyətlə bağlı müzakirələrə dair şərhində əksini tapıb.

Bildirilib ki, BMT TŞ-nın iclasında Azərbaycan nümayəndə heyəti ölkəmizin bir qrup vətəndaş cəmiyyəti nümayəndəsinin Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarına etiraz əlaməti olaraq sülhməramlı kontingentin müvəqqəti yerləşdirildiyi ərazidə nümayiş keçirməsinə səbəb olan hadisələrin gedişatı barədə ətraflı məlumat verib.

 

 





21.12.2022    çap et  çap et