Perunun müvəqqəti Prezidenti Dina Boluartenin erkən seçki tələbi, Konqresdəki səsvermə nəticəsində 2024-cü ilin aprelində keçirilməsi üçün qəbul edilib.
525.az xəbər verir ki, Konstitusiya Komissiyasının sədri Fuximori Hernando Querra tərəfindən təqdim edilən təklif 93 lehinə, 30 əleyhinə və 1 bitərəf olmaqla təsdiqlənib. Beləliklə, qanuna görə 2026-cı ildə keçirilməsi gözlənilən ümumi seçkilərin 2024-cü ilin aprel ayında keçirilməsi qərara alınıb.
Qeyd edək ki, Boluarte dekabrın 18-də verdiyi açıqlamada, erkən seçki tələbini qəbul etməyən Konqresə reaksiya vermişdi.
Məhəmməd Tağıyev
çap et