525.Az

Peruda 11 gündə ikinci dəfə Baş nazir dəyişib


 

Peruda 11 gündə ikinci dəfə Baş nazir dəyişib<b style="color:red"></b>

Peru Prezidenti Dina Boluarte, Alberto Otarola Penarandanı ölkənin yeni Baş naziri təyin edib. Bu, son 11 gündə ölkədə ikinci Baş nazir dəyişikliyidir.

525.az xəbər verir ki, Peruda dekabrın 7-də başlayan siyasi böhran şiddətli etirazlar və erkən seçki debatları ilə davam edərkən, ölkənin yeni Prezidenti Dina Boluarte, dekabrın 10-da formalaşdırdığı kabinetdə Baş naziri dəyişib. Paytaxt Limada, Peru Hökumət Sarayında keçirilən mərasimdə, ölkənin yeni Baş naziri təyin edilən Alberto Otarola Penaranda and içərək vəzifəsinə başlayıb.

Məhəmməd Tağıyev

 





22.12.2022    çap et  çap et