525.Az

Azərbaycana qış fəsli daxil olub


 

Azərbaycana qış fəsli daxil olub<b style="color:red"></b>

Azərbaycana qış fəsli daxil olub.

Şamaxı Astrofizika Rəsədxanasından 525.az-a verilən xəbərə görə, qış fəsli Azərbaycana 22 dekabr saat 01:48-də daxil olub. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san olur.

 





22.12.2022    çap et  çap et