525.Az

Qadınlar zamanın yaddaş cədvəlində


 

Qadınlar zamanın yaddaş cədvəlində<b style="color:red"></b>

(Əvvəli ötən şənbə sayımızda)

Təbiət tərəfindən qadına verilən mükafat həm onun xoşbəxtliyə çatması üçün çox vaxt şərait yaradır, ona üstün mövqelər bəxş edir. Lakin bu qiymətli qaşı nəzərə çarpdırmaq üçün üzüyün özünün rolu kiçik deyildir. Bu üzük isə qadının davranışı, incəliyi, hərəkəti, özünə rəğbət qazandırmaq bacarığıdır. Bunlarda ağılın istiqamətverici rolunu da unutmaq olmaz. Qadın süniliyə əl atdıqda, maskadan istifadə etdikdə gözlədiklərinin əvəzinə əks effektlə üzləşməli olur. Özündən asılı olan ləyaqətlər təbii olduqda isə hökmən pərəstişi andıran bir münasibət cavabını alır.

Fransız yazıçısı Stendal yazırdı ki, kəpənək kolleksiya qutusuna sancıldıqda elə gözəl görünmür, pərvazlandıqda isə qanadlarındakı rənglər Günəşin şüaları altında cilvələnib bərq vurur, bu vaxt qeyri-adi gözəllik effekti yaranır. Qadının da gözəlliyi hərəkət etdikdə heyranedici bir mənzərə əmələ gətirir. Kürsüdə oturan qadın heykəltəraş tərəfindən yonulmuş büstü xatırladır, onun bədən ləyaqətlərinin sifətindəki cəzbedici cizgilərin bir çoxu yoxa çıxır. Qədim Roma şairi Vergili yazırdı ki, “həqiqi ilahə yerişindən görünür”. Gözəl qadın da hərəkət etdikdə öz incəliyi, zərifliyi ilə çiçəkdən çiçəyə qonan kəpənəyi yada salır, ilahə təsviri yaradır.

Qadın onu daim izləyən şəhvətin əsirliyindən, girovluğundan qaçmağı bacarmalıdır. Axı vəhşicəsinə zorlama hadisələri istisna edilsə, əslində heç bir vəhşi heyvan bu iyrənc hərəkətə yol vermir, belə eybəcər davranış silahı yalnız kişi cinsindən olanların cəbbəxanasındadır, çox hallarda bəkarətinin pozulmasında, yaxud yüngül əxlaq yoluna düşməkdə qızın, qadının özü günahkar olur. Qədim hettlərin ( Bizim eradan əvvəl ikinci minilliyin birinci yarısında Kiçik Asiyada hett xalqı irəli çıxmışdı. Onların imperiyasının ərazisi b. e. ə 1450-1200- illərdə Anatoliyanın əksər hissəsini Şimali Suriyanı tuturdu. B. e. ə. 1200- illər ətrafında qarətçi müdaxiləçilər tərəfindən imperiya məhv edildi.)  qanununa görə, qadını dağlarda, tənha yerdə zorlayana ölüm cəzası verirdilər, qadın öz evində zorlandığından şikayət etdikdə isə, heç kəsi cəzalandırmırdılar, onu əsas gətirirdilər ki, bu intim yaxınlıq qadının öz razılığı ilə baş vermişdir.

ServantesinDon Kixotəsərində belə bir səhnə təsvir edilir. Sanço Pansa bir adanı idarə edəndə, qubernator kimi mühakimə apardıqda, bir qadın malabaxanın ona təcavüz etdiyi barədə şikayətlə müraciət etdi. Qadın əlavə etdi ki, iyirmi il ərzində qoruyub saxladığım sərvəti bu kişi oğurladı, mən isə bu sərvəti mavrlardan xristianlardan, özümüzünkülərdən kənardan gələnlərdən qorumuşdum. Kişi isə kasıb adam olduğunu, bu qadına intim yaxınlıq etmək üçün pul təklif etdiyini, qadının isə məbləğlə razılaşmayıb məni bura gətirdiyini dedi. Bu qadın yalandan zorlandığını deyir.

Hakim malabaxanı qadına iyirmi dukat pul verməyə məcbur etdi. Qadın pul kisəsini alıb, tumanının altında gizlədib, məhkəmə otağından qaçdı. Qubernator malabaxana göstəriş verdi ki, indi onun arxasınca qaç pullarını geri al. Sonra isə qadını bura gətir.

Bir azdan qadınla malabaxan əlbəyaxa şəkildə dalaşa-dalaşa içəri girdilər. Onlar indi daha acıqlı idilər. Qadın pul kisəsini qarnına sıxmışdı, qışqırırdı ki, o, pul kisəsini məndən almaq istəyir. Mən bu pul kisəsindənsə həyatımı verməyə hazıram, şir caynaqları da pul kisəsini əlimdən qopara bilməz.

Qubernator özu pul kisəsini qadından alıb, malabaxana qaytardı qadına dedi: “Əgər bədənini müdafiə edəndə pul kisəsini qoruyan vaxt göstərdiyin bu ruhunun dəyişkənliyini qorxmazlığının yarısını işə salsaydın, hətta Herkules belə öz gücü ilə səni zorlaya bilməzdi”.

Əlbəttə, bəzən şərait qadını ədalətsizcəsinə bu təbiət qanuna tabe olmağa məcbur edir. İtalyan yazıçısı Alberto MoraviyanınÇoçararomanının qəhrəmanı olan qadın müharibədə qızının ləyaqətini qoruyub saxladığı halda, savaş başa çatanda dağ  kəndindən doğma şəhərinə qayıdarkən, onların hər ikisi Mərakeş əsgərləri tərəfindən gecələdikləri boş kilsə binasında qrup şəklində zorlanmaya məruz qaldı.

Bu yaxınlarda vəfat etmiş İsa HüseynovTütək səsiəsərində İkinci Dünya müharibəsi dövründə uzaq Azərbaycan kəndində baş verən faciəli hadisələri qələmə alınmışdır. Kənddən cəbhəyə yollanmış əsgərlərin həlak olması barədəqara kağızların sayı getdikcə artır. Cümrünün atası həlak olmuşdur, onun bu dərdinin üstünə anasının kolxoz sədrinin yaxınlıq etmək barədə onu təngə gətirdiyinə razılıq verməsi xəyanəti əlavə olundu. Bunlara dözə bilməyib o, dəli oldu, gecə-gündüz çaldığı tütəyin qəmgin melodiyası onsuz da bədbəxt həyat keçirən kəndlilərin hüznlü sükutunu pozurdu. Əslində Cümrü , anası da müharibənin qurbanları sırasına daxil olmuşdu.

Qız, qadın öz ismətinin qayğısına qalsa, yəqin ki, onların təcavüz adlandırdığı yuxarıda göstərilən əhvalatlar da nadir hal xarakteri daşıyardı.

Qadınların böyük əksəriyyəti, milli xüsusiyyətlər nəzərə alınmaq şərtilə, İsmət, ləyaqət anlayışlarını düzgün dərk edir, onun qorunmasını vacib sayırlar. Qədim dövrlərdə Milet qadınları naməlum bir xəstəliyə sirayətlənmişdilər, çoxları özünü öldürürdü, qızlar hər cür nəzarətdən yayınıb, özlərini asırdılar. valideynlərinin yalvarışı göz yaşları, dostlarının onları bundan yayındırmaq cəhdləri, dedikləri nəsihət sözləri heç bir təsir gücünə malik olmurdu. Bu vaxt bir müdrik məsləhətə müvafiq olaraq belə qayda qəbul olundu ki, özünü asan qızların meyidləri dəfn edilməyə aparılanda çılpaq şəkildə şəhərin baş meydanından keçirilsin. Bu, öz təsirini göstərdi qızların özünü öldürməsi bütünlüklə kəsildi. Özünü intihar etmək kimi ağır əməldə tərəddüd etməyənlər ölümündən sonra onları gözləyən biabırçılıq perspektivini nəzərə alıb, geri çəkilməyə məcbur oldular. İsməti hər şeydən üstün tutmaq bu əhvalatda bütünlüklə özünü göstərir.

Bəzən ağlasığmaz fədakarlıq anında isməti müəyyən hədlərdə qurban vermək olar. Kimisə xilas etmək naminə bu xətaya da yol verilə bilər. Böyük flamand rəssamı Paul Rubensin Sankt-Peterburqun Ermitajında nümayiş etdirilən tablosuAtaya sevgiadlanır. Əsərdə təsvir edilən taqətdən düşmüş, ordları batmış, ölüm ayağında olan bir kişi gənc, bakirə qızın dolğun döşünü əmir. Bu qədim bir əhvalatın təsviridir. Vaxtilə böyük qüdrət sahibi olmuş adam düşmənləri tərəfindən zindana salınır ona yemək verilmir, xeyli müddətdə ac saxlanır. Yanına gələn gənc qızı uzun aclıqdan atasının həyatla vidalaşdığını görüb, başqa bir əlac tapmadığından, öz bakirəlik nişanələrindən biri olan döşünü onun ağzına verir hansı möcüzədənsə əmələ gələn döş südü ilə atasının həyatını xilas edir. Böyük ingilis şairi Bayron özününÇayld-Haroldun zəvvarlığıpoemasında bu əhvalatı gözəl poetik dildə təsvir edir. Atanı ölümdən xilas etmək üçün qızı ismətini qurban vermək kimi bir hərəkətə yol verir, bu, bəlkə həmin vaxt ən fədakar bir idi.

Bütün qadınlara müqəddəslik qiyafəsi geyindirmək düzgün deyildir. Axı heç kəs Klitemnestra, Gertruda, ledi Maqbet haqqında xoş söz demir. Çünki iki əvvəlki qadın təkcə ərlərinə xəyanət etməklə kifayətlənməyib, onların qətlə yetirilməsinin iştirakçıları olmuşdular. Ledi Maqbet isə qan axıtmaqda, ərini bu işə sövq etməkdə əsl yırtıcı instinktləri nümayiş etdirirdi. Kim milyonların qanını içən dəhşətli vampir Hitleri dünyaya gətirmiş ana barədə onu lənətlə yada salmaqdan əlavə, hansısa xoş söz deyə bilər.

Qadınların hamısını ya əksəriyyətini mələk sifətində təsvir etmək ağılsızlıqdır. Təsadüfi deyildir ki, Roma qisas ilahələri furiyalar (yunanlarda onlar eriniyalar adlanırdı) kimlərəsə zərbə vurmaqla qəzəblərini söndürürdülər. Yunan ilahəsi Nemesida taleyin təcəssümü olsa da, adamlara təqsirlərinə uyğun olaraq cəza verirdi.

Qadınlar barədə Bayronun dediyiOnlarla onlarsız yaşamaq mümkün deyildirsözlər həqiqətə çox uyğundur. Bəzən arvad öz ərini müxtəlif ağılsız tələblərlə, qıcıqlandırmalarla boğaza yığır. Axı hətta dahi filosof Sokratın arvadı Ksantippa da dəlisovluğu deyingənliyi ilə seçilirdi, bu müdrik insanı cana doydururdu. L.N.Tolstoyun arvadı Sofya Andreyevna ərinin ömrünün son illərində, qısqanclığından bu kişi ilə addımbaşı sözləşirdi. Axırda özünü yeni peyğəmbər hesab edən dahi yazıçı evindən qaçmağa məcbur oldu bir neçə gündən sonra Ryazan vilayətindəki Astapovo dəmir yolu stansiyasının rəisinin evində həyatla vidalaşdı.

Ləyaqətli qadınlara isə hörmət göstərilməli, ehtiram bəslənməlidir. Əgər belə qadınlar yetim uşaqlara, anadangəlmə ruhi fiziki cəhətdən məhdud imkanlılara qayğı göstərirlərsə, onlar əslində xeyirxahlıq mücəssəməsinə çevrilirlər. Belə qadınlara paxıllıq, qısqanclıq etmək ədalətsizlikdir. Axı sərçə qartal kimi uca ənginliklərə qanad aça bilmirsə, niyə ona paxıllıq etməlidir. Axı təbiət hamını barmağın dərisi kimi müxtəlif cür yaratmışdır. Bu müxtəlifliyə görə, daha yaxşı həyata nəsib olmamağa görə məgər digər xoşbəxtlər qınanılmalıdırlarmı, onlara nifrət aşılanmalı, böhtan yağdırılmalıdırmı? Biz xalqımızın dəyərli, yaxşı nümunə göstərən qadınlarına görə yalnız fərəh hissi duymalıyıq.

Tarix qalereyasında seyr etdiyimiz qadınlar da bir-birlərindən fərqlənirlər, öz xalqlarının, ölkələrinin, hətta ailələrinin həyatında onların oynadıqları rol da müxtəlif idi. Əlbəttə, onların çoxu qövsi-qüzeh effekti yaratmasalar da, özünə məxsusluqlarına görə cazibə gücünə malik olmaqla, maraq hissinə səbəb olurlar. Bu yaddaş cədvəlini vərəqləməklə, biz baş verən hadisələrə onların iştirakçılarına nəzər yetirib, onları təhlil etmək, daha yaxşı dərk etmək imkanı qazanırıq. İdrak isə daim ölçücə kiçik olan bir bilik axınını da qəbul etməyə ehtiyac duyur.

SON

 





30.06.2014    çap et  çap et