525.Az

Regional koloritlə milli ruhun simbiozu


 

(Rəfail İncəyurdun“Arzuların yuvasını uçurma”nın mayasından “ÖZü SÖZə ucaltmışlar odası”nın qayəsinə)

Regional koloritlə milli ruhun simbiozu<b style="color:red"></b>

Yurd. Zaman. Doğuluş. İnsan. Həyat. Düşüncələr ... Yazılar.

Bunlardan hər biri yaradıcı şəxsiyyətin təfəkkür yaddaşında daşlaşmış ifadələr, onlara münasibət bildirmək istəyi, arzusu, sevinci, bəzi hallarda isə kədərin ifadəçisi kimi çıxış etməsi.

Sadaladığımız leksik vahidlərdən birincisi olan  yurd”, bizə elə gəlir ki, “Zaman”, “Həyat s. semantikasının fövqündə dayanır. Hər halda İncə yurdundan (İncə dərəsi) olan, incə qəlbli, həssas nəfəsli yurdunu özünün soyu boyu kimi götürən, ona bütün yaradıcılığı ilə xidmət edən Rəfail İncəyurdunArzuların yuvasını uçurma” (şeirlər) ÖZü SÖZə ucaltmışlar odasıədəbi-publisistik düşüncələr kitablarını oxuyandan sonra təfəkkürümüzün dərinliyində iz salmış fikirləri oxucularla (həm ədəbi tənqidlə) bölüşmək qərarına gəldik.

Vətən. Yurd. El. Oba. Sadə simalar. Tanış sifətlər. Daha çox görüb öyrəşdiyin insanların çöhrəsi. Davranışı. Ləngəri. Şıltaqlığı. Müdrikliyi... Ağır taxtalı insanların ağır oturub batman gəldiyi yer. Hamısı da özəl gözəl, hər şey göz önündə öz nəfəsi, öz qoxusu, öz təravəti, öz təkrarsızlığı ilə. Onları hamı görür, onların hamı içində olur, onlarla hamı ünsiyyətdə, mükalimədə...

Di gəl ki, hamı onları (içdən gələn səsləri) kağıza köçürüb başqalarına ötürə bilmir. Ötürməyi bacaranlarsa xoşbəxtdirlər. Biz bunu A.Səhhət, M.Hadi, S.Yesenin, N.Tixonov, V.Lebedev-Kumaç, S.Vurğun, R.Rza, A.Tvardovski, A.Surkov, S.Vasilyev, Ə.Kərim, M.Araz, X.Rza Ulutürk, M.Yaqub, T.Bayram başqalarında yaxşı görmüşük...

Elə Rəfail İncəyurdun da yurd sevgisi belədir. Sakraldır. Müqəddəsdir. Yenilməzdir. Rəfail İncəyurdda yurda sevgi  lokal mənbəyindən anlamından çıxıb etnik-külruroloji, sosial-ictimai mahiyyət kəsb edir. R.İncəyurddayurdanlayışı son dərəcə dialektik perspektivdir. Şair nəinki doğulduğu yerlə qürurlanır, onu vəsf edir, həm onun yeniyetməlik dövrünün xatirələrinə isti qucağında qol açmış bu yurdu sanki dünyanın mərkəzi sayır.

Rəfail İncəyurd şeirimizdə iki onillikdən artıqdır ki, öz yolu, öz cığırı, öz üslub tərzi ilə irəliləyir. Yaradıcılığı haqqında tənqidimizdə bəzən obyektiv, bəzən tələsik ümumiləşdirmələrə səy göstərənlər olur. Bu  təsadüfi olmadığı kimi, təbii qəbul edilməlidir. Əvvəla, ədəbi tənqid amorf hadisə deyil, sonra da hərənin öz arşını ilə ölçmə istəyi davam etməkdədir. Lakin bütün hallarda İncəyurd yaradıcılığına adekvat nəzər salmaq da qabaqdangəlmişlik kimi dəyərləndirilməməlidir.

İncəyurd şeirlərinin alt qatına nəzər salarkən, onların genezisində folklor ənənələrinin, xalq deyimlərinin, duyumlarının dayandığını sezmək mümkündür. Rəfail İncəyurd öz şeirlərini hamının qəbul dərk edə biləcəyi sadə xalq dilində yazır. O, poetik sözün urvatını bilməyən bilmək istəməyən bəzi özündən müştəbeh şairlər kimi mürəkkəb deyilişi yazılışı, forma mahiyyəti qavranılmayan konstruksiyalardan, demək olar ki, istifadə etmir bu, İncəyurd yaradıcılığının özəl xüsusiyyəti kimi göz önündədir. Folklor düşüncəsi ilə həyatın təsdiqedici pafosu İncəyurdda realist təsvirlərlə yaddaşlara çökür.

Folklor stixiyası el-obaya daha yaxından bağlı olan Azərbaycan şairlərinin yaradıcılığının danılmaz cəzbedici qüvvəsi olub. R.İncəyurd, heç şübhəsiz ki, şeirlərində, bir tərəfdən, poetikməni ifadə etmək üçün ona üstünlük verirsə, digər tərəfdən, yurdun mənəvi, mədəni, sosial, folklor, etnoqrafik xüsusiyyətlərini əks etdirmək üçün ona müraciət edir bu, xalq yaradıcılığı çeşməsindən qidalanmaqla, şairin poetik düşüncəsinin ifadəçisinə çevrilir. İncəyurdun bədii ifadələr palitrasında ideya əlvanlığı dini-etnik obrazlara müraciət etdiyi zaman da  yeni çalar qazanır.

R.İncəyurdunArzuların yuvasını uçurmakitabında biz şairin zamanla, həyatla, cəmiyyətlə, tarixi şərait s. əsasən yurd kontekstində görüşə bilirik. Bütün hallarda biz şairin əsrə dövrə, müasirlərə (həm zəruri olduqda bariz fakt, olay hadisələrə, şəxsiyyətlərə) mövqe ifadə etdiyinin şahidi oluruq. Qazağın zəngin flora faunasının, təbiət gözəlliklərinin tərənnümü İncəyurdun lirik-romantik duyğulu sənətkar olduğunu təsdiqləyir. Yurd Rəfail İncəyurd üçün kəndindən Vətənə dünyaya açılan pəncərədir. Öz xarakterinə görə bu yaradıcılıq yurdsevərlik pafosu ilə nikbin əhval-ruhiyyə pafosunun simbiozunu yaradır.

Rəfail İncəyurdunArzuların yuvasını uçurmakitabı ilə bağlı eksklüziv qənaətlərimiz bizi  buradan müəllifin publisistikasına səmt almağa meylləndirir. Onun yaradıcılığının bu janrına baxış şairin  ədəbi-publisistik düşüncələrini əks etdirənÖZü SÖZə ucaltmışlar odasıkitabı da müəllifin yurdsevərlik kredosuna sadiqliyindən ortaya çıxdığını göstərir. Kitabda R. İncəyurdun müxtəlif səviyyəli istedadlı  söz sərraflarının əsərlərinin keyfiyyəti ilə bağlı onların kitablarında ya Azərbaycan dövrü mətbuatında gedən məqalə publisistik yazıları toplanmışdır. Burada tanınmış qələm sahiblərinin yaradıcılığı ilə yanaşı, oxucu qəlbini kədər, niskil hissi ilə dolduranQocalar evində”, rəssamın yaradıcılıq tabloları üzərində düşüncələrin məhsulu kimi ortaya çıxan onun poetik yaradıcılığından publisistikasına aparan bir cığırı görürük. Bu, yenə yurd yolları ilə irəliləyib onun qələm əhli, söz sahibləri haqqında öz fikirlərini bölüşməkdi.

Biz yuxarıda Rəfailin saz-söz diyarı Qazağın etnoqrafik folklor ruhunu qoruyan İncə dərəsindən olduğunu qeyd etmişdik. Burada az qala hər evdə, hər odada ulu ozanımız Dədə Qorqudun yadigarı olan saz divardan asılıb onu hər bir kəs yetərincə ustalıqla dilləndirə bilir. Sözə-saza yüksək dəyər verən müəllif sanki bununla tarix içində türk mənəvi mədəniyyətinin ana axarını dəyərləndirməklə türk etnik-mədəni sisteminin, o cümlədən ulu babalarımız oğuz-qıpçaq türklərinin mənəvi-ruhani hamisinin, yol göstəricisinin etnosu gələcəyə istiqamətləndirən düşüncəsini rəmzi-mifoloji müstəvidən günümüzə gətirib çıxarır.

Müəllif yaxşı başa düşüb anlayır ki, əski çağların mifik qatlarına gedib çıxan saz ozan-aşıq sənəti mürəkkəb təşəkkül inkişaf yolu keçmiş, müxtəlif yönlü sosial iqlimə, mədəni-ədəbi şəraitə, irfani-fəlsəfi axınlarla qarşılaşıb. Lakin bütün hallarda saz aşıq müxtəlif zaman kəsiklərində urvatlı olub, onlar müqəddəs hədsiz nüfuz sahibi kimi dəyərləndiriliblər. Məsələn, RəfailinSazın yaşamaq haqqıməqaləsində müəllifin bunları kifayət qədər dərindən bildiyini görə bilirik. Müəllif burada xalqın musiqi mədəniyyətinə onun mənəvi ehtiyacı olmasından danışmaqla, saza olan meylinin heç zaman səngimədiyini, əksinə xalqın mənəvi dünyasının nağıllarda, dastanlarda, əfsanələrdə, rəvayətlərdə, bayatılarda əks olunduğunu, insanın hiss duyğularının tərcümanı kimi folklorla birləşdiyini, saz havaları aşıq mahnıları əcdadlarımızın taleyini, onların əhval-ruhiyyəsini rəngarəngliklə ifadə etdiyini, əliqılınclı döyüşçünün sinəsidağlı aşiqin ürək çırpıntılarını sazın eyni dərəcədə ifadə edə bildiyi qənaətindədir. Qədim ozanlar, ulusun müdrikləri müqəddəsliyi daim sazın köməyi ilə qoruyub saxlamışlar. Rəfail sazdan, ifaçılıqdan o qədər kompetensiyalı söhbət açır ki, az qala onun bir folklor araşdırıcısı olması qənaətinə gəlmək barədə düşünürsən...

Türkün qılıncı ilə sazı əslində eyni mərama xidmət edib. Bunu qopuz, dombra alətlərinin virtuoz ifaçıları qıpçaq türkləri, qaraqalpaqlar, sonralar oğuzlarla müxtəlif ictimai-siyasi, dini-hərbi, mədəni-mənəvi ehtiyaclar ucbatından qaynayıb-qarışmış qarapapaqlar (Rəfail İncəyurd bizim dəqiq müşahidələrimizə görə qarapapaqdırN.T.) bu alətlə ayrılmaz dost olublar. Rəfailin ruhundan qıpçaq çölünün yovşanının, qarapapaq tərəkəmələrinin təravəti hiss olunur. Biz Rəfailə  qarapapaq  etnonimini elə belə yaraşdırmadıq. Bütün Gəncəbasar, Qazax, Borçalı bu genetikanın daşıyıcılarıdır bunu çoxları bilir. bu, onların danılmaz qürur mənbəyi kimi xidmət etməkdədir. Tarixi fakt hadisələr bununla bağlı çox şeylər deyir. Lazım gəldikdə biz onları incələməyə hazırıq...

Kitabda müəllifin istedadlı, dünyasını vaxtsız dəyişmiş Eldar Nəsibli Sibirelə həsr etdiyi lakonik, eyni zamanda insanı kədər notlarına kökləyənQəzanın qəlbin qədəriməqaləsində EldarınHardan ağlına gəlsin ki, toyun üstündən bir-iki gün keçməmiş dədə yurduna yollanasan ağlagəlməz bir qəzaya ürcah olasan...”, – deyə içini çəkir.. sonra da Eldar Nəsiblinin Aslan Kəmərli taleyini yaşaması, hər ikisininAzərbaycanqəzetinin müxbiri kimi Qazağa getməsi, orada avtomobil qəzasında dünyasını dəyişməsi ... Hər ikisinin canında sonsuz yurd sevgisi, torpaq eşqi... Hər ikisinin istedadlı şairpublisist olması”. Onların çin olmayan arzularının xalqımızın çin edəcəyinə Rəfailin inanması...

Ədəbi-publisistik düşüncələrində Rəfail İncəyurdun bəzən həm şair dostlarına məsləhət verməsi maraqlı şəkildə təqdim olunmuşdur. Bu baxımdan onun şair Şərif Ağayara ünvanlanmışEşitsən sağ ol, eşitməsən ...” məqaləsi diqqətçəkənliyi analitikliyi ilə seçilir. Burada müəllif Ş.AğayarınSəhra məsnəvisikitabında təqdim etdiyi  Uşaqlıq şeirlərim”, “Xalq şeiri”, “Modern şeirlər”, “Epik şeirlərbölmələrində təqdim olunan nümunələri müqayisəli-tipoloji aspektdə bir-biri ilə tutuşdurur, şair Ağayara  bəzi fikirlərini qəbul etməyi məsləhət bilir. Elə buradaca  küyə düşüb yazılan modern şeirlərin əksərində ya hansısa bir mənsur şeirin, ya bir kiçik essenin, ya bir qısa hekayənin, ya da yaxşı bir şeirin yerinin göründüyünüsöyləyir. Modern üsluba təsir altında meyillənərək öz yerində oturmuş ötürücülük potensialından, öz-özündən uzaqlaşmaq, özünü çaşdırmaq əbədiyaşar şeirlərin yaranmasına süni şəkildə mane olmaq İncəyurd tərəfindən pislənilməklə, milli düşüncəmizə yad olan modernizmə getməyi məqbul hesab etmir konkret örnəklər əsasında fikirlərini sübuta yetirir i.a. s.

İncəyurd publisistikasındaQocalar evindəməqaləsi diqqət çəkir. Bu materialda şair Bilgəhdə qocalar evinin sakinləri ilə necə görüşdüyünü, hansı taleyi sınıq insanlara həmsöhbət olduğunu, bu görüşün onun hiss duyğularına necə kədər çökdürdüyünü olduqca relyefli təsirli təsvirlərlə qələmə ala bilir. Məsələn, məqalədəki Qəhrəmanov Fərrux Səttar oğlunun taleyində müəllif az qala yüzlərlə qocaların taleyini nəinki fərdi cizgilərdə, həm ümumiləşdirmələr kontekstində  canlandıra bilir, onların acı, uğursuz taleyini öz içinə yükləyib, özünün fərdi probleminə çevirməklə, İncəyurd insanları xeyirxahlığa, humanizmə necə  səslədiyini onların halına daxilən yandığını oxucuya ötürməyi bacarır.

RəfailinÖZü SÖZə ucaltmışlar odasıkitabında kifayətqədər uğurlu obrazlaşdıra bilib təqdim etdiyi portretlərdən biri prof.Nizami Cəfərova həsr etdiyiKöhnə kişiyazısıdır. Müəllif burada Nizami Cəfərovun həyatını, bioqrafiyasını, elmi axtarışları ilə Azərbaycan ictimaiyyəti gözündə statik görüntüləri ilə yox, dinamik, çevik düşüncə tərzi ilə seçilməyi bacarıb özünə yalnız öz fərdi keyfiyyətlərinə söykənən intellekt sahibi kimi səciyyələndirib. Nizami Cəfərovun özəl xüsusiyyətlərini qabardarkən müəllif öyrəndiyi obyektin (həm subyektin) bir sıra cəhətlərini orijinal şəkildə incələməyə onun köhnə kişilərdən olduğunu dəlillərlə ortaya çıxarır. Müəllif haqlı olaraq yazır ki, Nizamidə özünü tanımaq ədəbiyyatda yerini bilmək cəhdi var, hissiyyat elmi təfəkküründən , ağlından da yuxarı mərtəbədədir. Adamları səviyyəsindən, mənsəbindən asılı olmayaraq təmkinlə dinləyər, başından eləməz, ötəri münasibət bildirməz, istedadına, savadına baxmayaraq elitar ətrafla sadə davranışa üstünlük verər, heç kimin qəlbini qırmayıb, istedadı az olanlara belə onların potensialını üzə çıxarmağa şərait yaradar, sənətdə sadəliyi qəbul edər, mürəkkəb dünyanın sadə ifadəsini bəyəndiyi halda, elmdə dərinlik, mürəkkəblik arayar, təbiətlə, dostlarla təmasdan zövq alar hamıya örnək ola biləcək kişi kimi daim özünü təqdim edər.

Ümumiyyətlə, Rəfail İncəyurdun yuxarıda adını çəkdiyimiz kitabında toplanmış ədəbi-publisistik yazıları əsasən daha çox tanıdığı, ədəbi əlaqələr qurduğu şair, yazıçı, publisist, rəssam elm xadimlərinin yaradıcılığı haqqında adekvat təsəvvürlər yaratmaqla yanaşı, ədəbiyyatımızın bu janrındakı bəzi məsələlərin yaradıcı şəkildə çözülməsi müstəvisində özünəməxsus yeri olduğunu təsdiq edir.

Nizami Tağısoy
Professor

 





30.06.2014    çap et  çap et