525.Az

Elmi diskussiyadan kimlər və niyə yayınırlar?


 

Yaxud akademikin və onun “qeyri-nankor” yetirmələrinin fakt qarşisinda davranışları

Elmi diskussiyadan kimlər və niyə yayınırlar?<b style="color:red"></b>

Elmin inkişafı tənqiddən elmi diskussiyalardan keçir. Tənqidin tutarlılığı həqiqəti əks etdirməsi ilə xarakterizə olunur. Bu məqsədlə mən akademik Vasim Məmmədəliyevin ərəb dilçiliyi görüşləri ilə bağlı tənqidi mülahizələrimi  mətbuatda yazmışdım. Göstərmişdim ki, Vasim Məmmədəliyevin tabeliyindəki işçilərin alim dostlarının gah monoqrafik tədqiqat, gah da  dərslik kimi tərif etdikləriƏrəb dilçiliyikitabı elmi təhrif, yanlışlıq, yarımçıqlıq anlaşılmazlıqlar, məna kəsb etməyən transkripsiyaya bənzər hərf birləşmələri, ərəb Azərbaycan dillərinin qrammatik qayda-qanunlarının pozulması ilə müşayiət olunmaqla, əsasən, Misir Ərəb dili Akademiyasının sabiq prezidenti Şövqi ZeyfinƏl-Mədarisu-n-nəhvıyyə” (Qrammatika məktəbləri) köməkçi qismində məşhur Bağdad dilçisi Əbu Bərəkət əl-Ənbarininəl-İnsafəsərinin adda-budda, sistemsiz, bəzən heç bir məna ifadə etməyən, hətta təhrifə qədər aparıb çıxaran yarımçıq tərcümələri əsasında ortaya qoyulmuşdur. Əksər hallarda Şövqi Zeyfin mənbələrinin  özəlləşdirilməsi”, yaxud yanlış mənbələr göstərilməsi kitabın başlıca naqis cəhətlərindəndir. Qeyd etmişdim ki, Vasim Məmmədəliyev Ş.Zeyfin məlum əsərindən köçürüb Avropa şərqşünaslarının adlarını, məsələn, polyak alim Daneki Yanuşu, yaxud alman Qustav Flügeli s.  mənbə kimi göstərmişdir. Elmi-qrammatik faktların təhrif edildiyi təqdirdə kitabın monoqrafiya, yaxud dərslik adlandırılaraq tərifinin göylərə qaldırılması hansı məntiqə əsaslanır?

Dəfələrlə mövzu barəsində açıq elmi  diskussiyaya hazır olduğumuzu bildirsək , çox təəssüf ki, akademik Vasim Məmmədəliyev ilk gündən xoşməramlı təşəbbüsə qarşı işçilərini səfərbər edib qeyri-elmi alimə yaraşmayan tərzdə cavab verdi. Akademik bu barədə jurnalistlərə verdiyi açıqlamalarındaİdris Abbasov kimdir ki, ona cavab verim?” demişdir. Sual olunur: Bəs alim nəyə cavab verməlidir?

Bunun ardınca, “525-ci qəzetin keçən şənbə sayında akademik Vasim Məmmədəliyevinqeyri-nankorçıxmış yetirmələriprofessor əl-Abbasi Xeyri, professor əvəzi Nəsrulla Məmmədov, dosent Vüqar Qaradağlı dosent Salman SüleymanovAkademik Vasim Məmmədəliyevin nankor çıxmış yetirməsisərlövhəli məqalə ilə çıxış etmişlər. Əfsuslar olsun ki, müəlliflər qrupu yazıyaəvvəlcə qısaca İdris Abbasovun akademik Vasim Məmmədəliyevlə əlaqəsinə toxunmaq lazımdırdeyərək diqqəti əsas mövzudan yayındırmağa çalışmışlar.

Vasim Məmmədəliyevin işçiləri  yazır: “BDU Şərqşünaslıq fakültəsində oxuyarkən onun müəllimlərindən biri hörmətli alimimiz olmuşdur”.

Bildirirəm ki, Vasim Məmmədəliyev mənim heç vaxt müəllimim olmayıb mənə dərs deməyib. Namizədlik dissertasiyamda istəyimin ziddinə olaraq özünü elmi rəhbər, doktorluq dissertasiyamda isə arzuolunmaz şəkildə 2-ci elmi məsləhətçi kimi təsdiq etdirib. 

Növbəti iddia: “...Bakıda evi-eşiyi olmayan məzun Naxçıvana qayıtmış oradakı Naxçıvan Dövlət Universitetinə müəllim götürülmüşdür”.

Hörmətli müəlliflər qrupu, kənddən paytaxta gələn hansı məzunun birdən-birə evi olub ki? Bu töhməti etmək hansı etikaya sığır? Mən 1995-ci ildə məzun olmuş əmək fəaliyyətimə Bakı şəhər 44 saylı məktəbdə ərəb dili müəllimi olaraq başlamışam. Naxçıvana  2002-ci ilin mart ayının 1- Azərbaycan Respublikası DQİDK-nin Naxçıvan Nümayəndəliyinin şöbə müdiri təyin olunmağımla əlaqədar yeganə yerim olan Bakı Dövlət Universitetində işlədiyim müəllim vəzifəsindən ayrılaraq getmişəm.

Qrupun növbəti iddiası: “İ.Abbasov...namizədlik dissertasiyasının müdafiəsindən sonra işlədiyi universitetdə Şərq dilləri ədəbiyyatı kafedrasının müdiri, ardınca Naxçıvan MR DQİİ-nin rəisi olmuşdur”.

Bu iddia doğru deyil. Müvafiq sərəncamla şöbə müdiri vəzifəsindən idarə rəisi vəzifəsinə 1 mart 2003- ildə təyin olunmuşam. 2003- ilin sentyabr ayında isə ictimai əsaslarla kafedra müdiri olmuş dərs demişəm.

Bu bəs deyilmiş kimi, akademik V.Məmmədəliyevinqeyri-nankoryetirmələrindən ibarət müəlliflər qrupu növbəti iddiada bulunur: “Hansı əməllərinə görəsə, Naxçıvanda tutduğu hər iki vəzifəsindən çıxarılmışdır”.

Bu ittihamlar tamamilə yalandır. 11 ilə yaxın Naxçıvanda çalışdıqdan sonra ailə vəziyyəti, xüsusən 7 yaşlı oğlumun epilepsiya diaqnozu ilə Bakıda uzunmüddətli müalicəsi ilə əlaqədar, xahişim əsasında işdən ayrılaraq Bakıya qayıtmışam.

HAŞİYƏ: Fürsətdən istifadə edib uzun müddət çalışdığım, zəngin dövlətçilik ənənələrinə malik Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə mənə göstərilən etimada elmi fəaliyyətimi davam etdirmək üçün yaradılmış şəraitə görə öz minnətdarlığımı bildirirəm.

V.Məmmədəliyevin dörd nəfərlik müəlliflər qrupu belə davam edir: “...Hələ tələbəliyindən impulsiv hərəkətləri ilə fərqlənən, azca əsəbiləşən kimi özünü idarə edə bilməyən İdris Abbasov bütün yaxşılıqları unudaraq qisas almaq eşqinə düşüb”.

Nəzərinizə çatdırıram ki, tələbənin impulsiv olması müəyyən qədər anlaşılandır. Şəxsin 70 yaşdan sonra impulsiv olması bir qədər anlaşılmazdır. Qarşı tərəfi deyə bilmərəm, mənim üçün qisasçılıq kin bəsləmək yad məfhumlardır. Söhbət elmi polemikadan gedir. Elmi diskussiyaya dəvət etməyi qisasçılıq sayırsınız? Qəribə təfəkkürdür.

Məqalə müəlliflərinin növbəti iddiası belədir:

Ərəb dilçiliyidərsliyi həmin kitabın (“əl-Mədarisu-n-nəhvıyyə” – İ.A.) tərcüməsi deyil, müəllifin qəbul etdiyi mühakimələr toplusudur. İkincisi, istənilən mənbədən çoxsaylı alimlər istifadə edə bilər ki, bu da qəbahət sayılmır”.

Keçən yazılarımda bildirmişdim ki, əlbəttə, akademik həmin kitabı doğru-dürüst tərcümə etsəydi, elmimizə faydası olardı. Təəssüf ki, kitabdakı mühakimələr akademikə yox, Şövqi Züyfə məxsusdur bunları yazılarımda faktlarla göstərmişəm. Fikirlərin mənbələrin mənimsənilməsi başqa şeydir, mənbədən istifadə etmək bambaşqa şey.

Akademikinqeyri-nankorişçilər qrupu yazır: “Görkəmli şərqşünasımızın həyatında bəlkə yeganə səhvi bu cür nankoru elm aləminə gətirməsidir”.

Bu iddia məsələyə məhəlli təfəkkürlü yanaşmadır. Deməli, dediklərimin doğruluğu sübut olunur. Möhtərəm akademikin elmi inhisara alıb inkişafa qoymamasınıqeyri-nankormüəlliflər qrupu da təsdiq edir. Məqalə müəllifləri akademikin elmi titullarını, ad təltiflərini fakt kimi göstərərək heç bir əsas olmadan siyasi şantaja keçirlər: “İdris Abbasov kimdir ki, Prezident fərmanlarını şübhə altına qoysun?”

Halbuki İdris Abbasovun güvəndiyi göydə Allah, yerdə Azərbaycan dövləti, onun Prezidenti Qanunlarıdır.

Vasim Məmmədəliyevin az qalaƏrəb filologiyasıkafedrasının müdiri kimi çıxış edən işçiləri yazırlar:

“...İdris Abbasov keçən ilin noyabr ayında bir vaxt saathesabı müəllim götürüldüyü Ərəb filologiyası kafedrasında ştata bərpa olunması barədə ərizə ilə müraciət etmişdir...” s..

Əslində 2001-ci ildə rektora üçün müraciət edəndə analoji halla, Vasim Məmmədəliyevin sərt təpkisi ilə qarşılaşmışdım. Yenə məni ittiham edirsiniz ki, üçün ərizə ilə müraciət etmişəm. Bu, mənim haqqımdır. Sami dilləri indeksi üzrə elmlər doktoruna universitetdə ciddi ehtiyac duyulduğu heç kəsə sirr deyildir. Çünki elmlər doktoru yox dərəcəsindədir. Möhtərəm akademikdən sual edirəm: faktiki rəhbərlik etdiyiniz hər iki fakültədə Sami dilləri üzrə neçə elmlər doktoru vardır onlardan ən azı elmi polemikaya hazır ola biləcək neçəsi funksionaldır? Əfsuslar olsun ki, üçün rektora ərizə ilə müraciət etdikdən Ərəb dilçiliyikitabını elmi polemika müstəvisinə çıxardıqdan sonra hər iki fakültədə müstəsna təsir imkanları olan Vasim Məmmədəliyev müxtəlif bəhanələrlə məni işdən məhrum etmək qərarına gəlib.

Akademikin rəhbərliyi altında müəlliflər qrupunun qəribə davranışları məni istəmədiyim bəzi mətləblərə toxunmağa vadar edir. Belə ki, Vasim Məmmədəliyev dövlətdən təqaüd aldığı bir çox vəzifələri məşğul etdiyi halda, himayəsində iki azyaşlı uşağı olan müəllim həmkarının güzəranına hər vəchlə mane olmağa çalışır.. Məgər İdris Abbasovun minimum yaşayış şərtlərini təmin etmək üçün, heç olmasa, akademikin təkcə dövlətdən aldığı məvacibin beşdə birini alıb ailəsini dolandırmağa haqqı çatmır? Halbuki AMEA-nın həqiqi üzvü Prezident təqaüdçüsü olan Vasim Məmmədəliyev eyni zamanda BDU-nun həm İlahiyyat fakültəsinin dekanı 0,5 ştat müəllimi, həm BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının müdiri 0,5 ştat müəllimdir. Yəni bir müəssisə daxilində 4 vəzifə tutmaq! İctimai-siyasi Universitetdə kafedra müdiri, QMİ-nin Elmi-Dini Şurasının Sədri, AAK-nın Rəyasət Heyətinin üzvü, Dilçilik İnstitutunda Koordinasiya Şurasının üzvüdür sairə.   Bundan əlavə, tez-tez elmi rəhbər, elmi məsləhətçi, opponent kimi təsdiq olunur bunun müqabilində , yəqin ki, müəyyən məbləğdə ödənişlər edilir. Bu qədər imkanlara malik olan V.Məmmədəliyev ona ərizə ilə müraciət edən həmkarına min bir bəhanə gətirmək əvəzinə, bu kiçicik problemi həll edə bilməzdimi? Təbii ki, edə bilərdi. Amma...

Akademikinqeyri-nankoryetirmələri mənimlə Vasim Məmmədəliyevin əlaqələrinə toxunmağın vacibliyindən bəhs etdikləri üçün özüm haqda qısa məlumat verməyə məcburam: Zəhmətkeş ailəsində doğulub böyümüşəm. Dolanacağımızı pambıq, tütün üzüm plantasiyalarında gərgin əmək sərf etməklə təmin etmişik. Lap uşaq çağlarından ailəlikcə alın təri zəhmətlə halal ruzi qazanmağın yollarını öyrənmişik. Aza qane olub sadə həyat tərzi sürməyə adət etmişik. Dərslərimizi oxumaqdan da geri qalmamışıq...

İki il əsgəri xidmətdə olduqdan sonra sənədlərimi yenə BDU-nun Şərqşünaslıq fakültəsinə verdim. Yenə 4 imtahan konkurs.  O zaman belə bir qərar çıxmışdır ki, son üç ildə ordu sıralarından tərxis olunan vətəndaşlar konkursa düşərlərsə, müvafiq surətdə universitetin Hazırlıq fakültəsinə qəbul olunurlar. Şansım gətirmişdi.

Bax, ilk dəfə Vasim Məmmədəliyevi onda tanıdım gördüm ki, o, gəncliyimdən təcrübəsizliyimdən istifadə edib məni qazandığım yerdən imtinaya sövq etmək istəyir. Amma onun əsassız təsirləri, qeyri-adekvat davranışları məni ərəbşünas olmaq istəyimdən döndərə bilmədi. Beləliklə, 1990- ildə yüksək nəticələr əldə edərək Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil oldum. Elə o zamandan da Vasim Məmmədəliyevinpersona non-qrataadlı qara siyahısına düşdüm.

1995-ci ildə fakültəni fərqlənmə ilə bitirdikdən sonra sənədlərimi aspiranturaya təqdim etmək istədikdə yenə akademikin maneçiliyi ilə qarşılaşdım. Buna rəğmən, Şərqşünaslıq fakültəsinə daxil olmaq prosedurundan, tələbəlik illərindən, universitetə müəllim düzəlməkdən tutmuş, elmlər doktorluğunun müdafiəsinə qədər keçdiyim həyat yolunda onun yaratdığı süni problemlər ilahi təqdirə üstün gələ bilmədi. Hətta 1999-cu ildə mənə, nisbətən yumşaq tərzdə: “Elmdə var ey, yapışmısan? Qərb dillərini yaxşı bilirsən. Get xaricə, özünə gün-güzəran qur...” deyən Vasim Məmmədəliyevin bu məsləhəti mənə qəribə görünürdü. 

2001-ci ilin sentyabr ayından BDU-da dərs dediyim vaxtlar bir dəfə səmimi şəkildə Vasim MəmmədəliyevəƏrəb dilçiliyikitabında bir neçə anlaşılmaz məsələ barəsində sual edəndə o mənə bərk acıqlandı İşin-gücün qurtarıb? Sənin bunu başa düşməyinə hələ çox var!” – deyə sərt cavab verdi.

Tale elə gətirdi ki, 2002-ci ilin mart ayında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Naxçıvan MR Nümayəndəliyinin şöbə müdiri təyin olunmağımla əlaqədar Bakı Dövlət Universitetindəki müəllimlik işimdən ayrılaraq Naxçıvana yola düşməli oldum. Xəbər V.Məmmədəliyevə çatmışdı. İlahiyyat fakültəsinin dəhlizində məni qucaqlayıb, indiyədək ondan görmədiyim mehribanlıqla təbrik etməsinə inana bilmirdim: “, qəhrəman, vəzifəyə təyin olunmusan, təbrik edirəm!”

Amma Vasim Məmmədəliyev məni əyalətdə rahat buraxmırdı. Çünki hər şey onun düşündüklərinin tərsinə cərəyan edirdi. Sami dilləri indeksi üzrə doktorluq dissertasiyası üzərində çalışan, üstəgəl, elmi məsləhətçi kimi Vasim Məmmədəliyevi seçməyən birisipeyda olmuşdu” (Baxmayaraq ki, doktorluqda elmi məsləhətçinin olması vacib deyildir).

32 yaşında doktorluq müdafiə etməsi ilə fəxr edən Vasim Məmmədəliyev başqalarına bu imkanı vermək istəməyib, yalnız son illərdə 83 yaşlı Xeyri əl-Abbasiyə 49 yaşlı Nəsrulla Məmmədova müvafiq indeks üzrə doktorluq müdafiə etmək izni vermişdir...

2011-ci ilin may ayında kafedra müzakirəsindən sonra müdafiəyə icazə alınması üçün sənədlərim Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına göndərilmişdi. AAK-nın müvafiq Ekspert Şurasının müsbət rəyini aldıqdan sonra doktorluq dissertasiyam  2012-ci ilin yanvar-fevral aylarında Rəyasət Heyətində səsverməyə çıxarılır. Sən demə, AAK-nın Rəyasət Heyətində yüksək səlahiyyətlərə malik olan Vasim MəmmədəliyevRəyasət Heyəti üzvlərinin hamısının səs verdiyi haldaəlahiddəvetohüququndan istifadə edir. Nəticədə icazə müdafiə prosesi daha 1 il 10 ay süründürməçiliklə əvəz olunur. V.Məmmədəliyevin bu addımı belə birdəlil bağlı imiş: “Dissertasiya işində qüsur var AAK Azərbaycanda yeganə mütəxəssis kimi ondan rəy soruşmayıb”...

Qeyri-nankormüəlliflər qrupu akademiki elmi dialoqa çağırmağımınankorluqüzüdönüklükadlandırırlar. Qeyd etmək istəyirəm ki, Vasim Məmmədəliyev özünü istər elmi rəhbər, istərsə 2-ci elmi məsləhətçi  təsdiq etdirdiyi halda heç vaxt mənə elmi məsləhət verməyib. Bu, onun özünün bildiyi danılmaz faktdır. Vasim Məmmədəliyevin tabeliyində olan işçilər qrupu oxucuları çaşdırmaq üçün keçən yazılarımda Qurani-Kərim haqqında dediklərimi təhrif etmək istəyiblər. Hələlik birneçə cümlə ilə bu məsələyə toxunmaq istəyirəm. “Ərəb diliçiliyində edilən yarımçıq yanlış tərcümələrə, qrammatik yalnışlıqlara, üslub səhvlərinə Qurani-Kərimin tərcümə-məalında da rast gəlinir. Məsələn, təkcə Qurani-Kərimin IX nəşrində qədər səhvlər təhriflər var, deyə bilərsinizmi? Deyə bilməzsinizsə, icazənizlə, bir-ikisini mən deyim. Məsələn, “əl-Bəqərəsurəsinin 185-ci ayəsinin tərcüməsi yarımçıq qalıb. Yəni ayəninAllah sizin üçün çətinlik deyil, asanlıq istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız sizi düz yola yönəltməsinə görə Ona təzim şükür edəsinizhissəsi tərcümə olunmayıb. Bir ki, Əli Fəhmi bunu səhih tərcümə etmişdi. Qalardı da. Bəyəm, təhrif edib təqdim edəndə olur yeni tərcümə? Bəs onda hörmətli akademikimiz hər nəşrin ön sözündə niyəyenidən işlənmişyazır? Mən demirəm ki, “yenidən korlanmışyazılsın. Deyirəm ki, həqiqətən yenidən işlənilsin mərhum Əli Fəhminin ruhu şad olsun. Hətta ayənin hökmünü dəyişmək gücündə olan qrammatik-semantik üslubi səhvlərə yol verilir. “əl-Bəqərəsurəsinin 230-cu ayəsindətəkrar evlənmələrindəəvəzinətəkrar evlənməsindəyanlışlığı, yaxudAli-İmransurəsinin 26- ayəsindəistədiyin şəxsdən alarsanifadəsinin tərcümədən yayınması, “ən-Nisasurəsinin 11-ci ayəsindəoğula iki qız hissəsi qədər pay düşürifadəsi təsadüfən üslub qüsuru deyil ki? “Əl-Maidəsurəsinin 17-ci ayəsindəyerinəvəzinəyerlərinyazılması, yaxud sözügedən surənin 33- ayəsində ayəyə anlaşılmazlıq bəxş edənsürgün olunmalarıdırəvəzinəsürgün olunmalıdırlardeyilməsi möhtərəm akademikinQurani-Kərimin Azərbaycan dilinə tərcüməsinin yenidən işlənmiş IX nəşrideməsinə dərəcədə haqq verir?...

Ədalət naminə demək lazımdır ki, alimlərin müəllimlərin hazırkı durumu müstəqilliyimizin ilk illəri ilə müqayisəyə gələ bilməz. O zaman maddi ehtiyac üzündən neçə-neçə alim ölkəni tərk etməli oldu. Hazırda bəzi məlumelm nəhənglərinin pərən-pərən saldıqları alimləri 90- illərin əvvəlində universiteti maddi sıxıntı ucbatından tərk edən alimlərlə müqayisə etmək olmaz. Şükürlər olsun ki, bu gün bütün sosial təbəqələrin, o cümlədən universitetdə çalışan müəllimlərin rifahının daha da yaxşılaşdırılması üçün addımlar atılmaqdadır. Sadəcə, bəzi alimlər dövlətin göstərdiyi bu qayğıdan sui-istifadə etməməli, azacıq da olsa, məsuliyyət hiss etməlidirlər. Elmi polemika açan, yaxud üçün ərizə ilə müraciət edən nisbətən gənc həmkarlarına düşmən münasibəti bəsləməməlidirlər. Əsl nankorlar dövlətin qayğısından yararlanıb əmanətə xəyanət edənlərdir!

Mən faktların dili ilə deyirəm ki, Vasim Məmmədəliyev Şövqi Zeyfin məlum əsərindən götürdüklərinin mənbəyini göstərməyib... “Cavabbu olur ki, “İdris Abbasov nankor çıxıb...” Deyirəm ki, əl-Əxfəşin müddəalarına dair tərtib etdiyi 14 bəndin yalnız 3- bəndində mənbə göstərir, 13 bəndi heç bir mənbə göstərmədən özəlləşdirir. “Cavabgəlir ki, “evin-eşiyin yoxdur...” Soruşuram ki, “Sərrac burada Sibəveyhinin isimlər üçün müəyyən etdiyi modellərə ikisini əlavə edib onların sayını iyirmi ikiyə çatdırmışdırkimi yanlış müddəanı haradan iqtibas etmisiniz? “Cavabalıram ki, “akademikin filan-filan adları, titulları var, yaxud Vasim Məmmədəliyev kimi nəhəngə qarşı çıxırsan, sənin kimi nankoru elm aləminə gətirməklə akademik səhv etmişdi sairə. Böyük sayda elmi faktlara adekvat cavab yoxdur ki yoxdur. isə..

Mövzunu başlayanda mən elmi polemika olacağını zənn edirdim. Ciddi elmi araşdırmalarımın məhsulu olan silsilə məqalələrimə elmi cavab veriləcəyini gözləyirdim. Bir daha təəssüflər olsun ki, mənim bu elmi mülahizələrim, qarşı tərəfin verdiyi cavablardan da göründüyü kimi, başqa səmtə yönəldilir. Tutarlı dəlillərlə göstərdiyim elmi-qrammatik faktlara möhtərəm akademik, onun yönəltdiyi qrup cavab tapa bilmirlər. Düşünürəm ki, mübahisələrə son qoymağın yollarından biri Vasim Məmmədəliyevin ərəb dilçiliyi görüşləri: tədqiqat, yoxsa plagiatadlı elmi araşdırmanın Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına göndərilməsidir. Ümidvaram ki, AAK bu məsələdə obyektiv qərar çıxaracaq.

Son olaraq qeyd edim ki,  həqiqi alimlər bütün dövrlərdə xalqa millətə yol yön göstərmiş, cəmiyyəti yanlış yola düşməkdən qorumuş, lazım gəldiyi məqamlarda idarəçiləri belə ayıq-sayıq salma funksiyasını yerinə yetirmişlər. Alimlərə hər zaman ciddi ehtiyac duyulub. Xalqın üzərinə düşən vəzifə isə alimlərə sayğı göstərmək, hətta onlara tabe olmaqdır. Təbii ki, söhbət gerçək alimdən gedir. Yüksək elmi titullara sahib çıxan, ancaq əməli surətdə dövlət millətin işinə yaramayan, intriqabaz, yaşadığı cəmiyyətin dövlətin bütün imkanlarından bəhrələndiyi halda, işə məsuliyyətə gələndəmənə vardeyib bütün məsuliyyəti başqalarının üzərinə atan, elmi diskussiya mühitinə meydan açmayan alimlər isə, bu mənada, istisnadır.

İdris ABBASOV

Filologiya üzrə fəlsəfə doktoru,dosent

 





30.06.2014    çap et  çap et