525.Az

Fransadan "Microsoft"a 60 milyon avro cərimə


 

Fransadan "Microsoft"a 60 milyon avro cərimə<b style="color:red"></b>

Fransa texnologiya nəhəngi "Microsoft"u kukilərdən istifadə siyasətinə görə 60 milyon avro cərimələyib.

525.az xəbər verir ki, Fransanın İnformasiya və Azadlıqlar üzrə Milli Komissiyasından (CNIL) verilən açıqlamada "Microsoft" İrlandiyanı insanların kukiləri asanlıqla qəbul etməsinə icazə və eyni zamanda kukilərdən eyni rahatlıqla imtina etməsinə icazə vermədiyi üçün cərimələyib. Sözügedən cəzanın 60 milyon avro olduğu paylaşılıb.

Qeyd edək ki, internet kukilərinin əsas məqsədi, şəxslərə görə fərdiləşdirilmiş veb səhifələr hazırlamaq və gələcək emal üçün məlumatları saxlamaqdır. Kukilər internet istifadəçilərinə fərdiləşdirilmiş məzmun və reklamlar təqdim etmək üçün bu məlumatları ehtiva edir.

Məhəmməd Tağıyev

 





22.12.2022    çap et  çap et