525.Az

"5 sahibkardan 1-i qadın olsa da, böyük sahibkarlar arasında qadın yoxdur"


 

 "5 sahibkardan 1-i qadın olsa da, böyük sahibkarlar arasında qadın yoxdur"<b style="color:red"></b>

"İndiyə qədər 50 qadın sahibkar işğaldan azad edilmiş ərazilərdə iş qurmaq, ora investisiya qoymaq üçün istəyini rəsmən bildirib. Bu da o deməkdir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasında qadın sahibkarların da rolu olacaq".

Bunu 525.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. Millət vəkilinin sözlərinə görə, məhz bu konteksdə qadın sahibkarlığının inkişafı əsas prioritet olmalıdır:

"Bu gün Azərbaycanda fəaliyyət göstərən hər 5 sahibkardan 1-i qadın olsa da, böyük sahibkarlar arasında qadın yoxdur. Orta sahibkarlıqda qadınların payı 8 faiz, kiçik sahibkarlıqda isə 16 faizdir".

Sevinc Qarayeva 

 

 





22.12.2022    çap et  çap et